Gənclərin muzeylərə ekskursiyası təşkil edilib
Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı və M.Ə.Rəsulzadə Bələdiyyəsinin birgə təşkilatçılığı ilə əməkdaşların, Yeni Azərbaycan Partiyasının fəal gənclərinin və M.Ə.Rəsulzadə bələdiyyəsi gənclərinin iştirakı ilə Azərbaycan Milli Tarix Muzeyinə və Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyinə ekskursiya təşkil edilib. “OLAYLAR”-ın xəbərinə görə, ekskursiyada muzeyin bələdçisi ətraflı məlumat verərək bildirib ki, bina 3 mərtəbədən ibarətdir. Birinci mərtəbədə Azərbaycan Milli Tarix Muzeyi, ikinci mərtəbədə isə Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyi yerləşir. Öncə Milli Azərbaycan Tarixi Muzeyini gəzən ekskursiya iştirakçılarına məlumat verilib ki, bura Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi və mənəvi mədəniyyət abidələrinin toplanılması, öyrənilməsi, nümayişi və təbliği ilə məşğul olan elmi tədqiqat və mədəni-maarif müəssisəsidir.
1 Avqust 2017 12:16 SosialYeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı və M.Ə.Rəsulzadə Bələdiyyəsinin birgə təşkilatçılığı ilə əməkdaşların, Yeni Azərbaycan Partiyasının fəal gənclərinin və M.Ə.Rəsulzadə bələdiyyəsi gənclərinin iştirakı ilə Azərbaycan Milli Tarix Muzeyinə və Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyinə ekskursiya təşkil edilib. "OLAYLAR"-ın xəbərinə görə, ekskursiyada muzeyin bələdçisi ətraflı məlumat verərək bildirib ki, bina 3 mərtəbədən ibarətdir. Birinci mərtəbədə Azərbaycan Milli Tarix Muzeyi, ikinci mərtəbədə isə Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyi yerləşir. Öncə Milli Azərbaycan Tarixi Muzeyini gəzən ekskursiya iştirakçılarına məlumat verilib ki, bura Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi və mənəvi mədəniyyət abidələrinin toplanılması, öyrənilməsi, nümayişi və təbliği ilə məşğul olan elmi tədqiqat və mədəni-maarif müəssisəsidir. Daha sonra Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyi ilə yaxından tanış olan gənclərə bildirilib ki, Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşayış mülkündə yerləşən H.Z.A.Tağıyevin xatirə muzeyinə daxil olan otaqların, əşyaların, mebelin bərpası ilə məşğul olan Azərbaycan və İtaliya mütəxəssisləri H.Z.A.Tağıyevin ailəvi fotoalbomu əsasında otaqların əvvəlki görkəmini bərpa edə biliblər.