Yanğın çətinliklə söndürüldü

Şəki rayonunun Bakkal kəndi yaxınlığında Göynük meşəbəyliyinin 2 saylı dolayında yanğın hadisəsi baş verib. Yanğın baş vermiş əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şəki və Qax Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. 

Nazirlikdən "Olaylar" - a bildirilib ki, hava şəraitinin küləkli olması səbəbindən yanğının söndürülməsində çətinliklər yaransa da Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələrinin və ETSN-nin əməkdaşlarının ciddi səyləri nəticəsində artıq lokallaşdırılıb. Meşənin kol-kos ərazisində baş verən yanğının qarşısının alınması və közərən sahələrin söndürülməsi üçün mümkün olan bütün vasitələrdən istifadə edilir.
İlkin ehtimala görə yanğının baş verməsinə səbəb vətəndaşların odla ehtiyatsız davranması olub.
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31