Azərbaycanın enerji siyasətində yeni mərhələ formalaşır- ÖZƏL

"Azərbaycanın davamlı iqtisadi inkişafının, investisiya imkanlarının və ölkənin regional bağlantılarda artan rolunun müzakirəsi baxımından II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu mühüm əhəmiyyət daşıyıb. Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən Forum çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusunda tədbir təşkil olunub. Dövlətimizin başçısı tədbirdə iştirak edərək moderatorun suallarını cavablandırıb və Azərbaycanın iqtisadi inkişaf perspektivləri, investisiya mühiti, enerji, nəqliyyat-logistika və digər strateji istiqamətlər üzrə qarşıya qoyulan hədəflər barədə fikirlərini bölüşüb". "Olaylar" xəbər verir ki, bunu YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova deyib: "Çıxış zamanı diqqətə çatdırılıb ki, son illərdə həyata keçirilən məqsədyönlü iqtisadi siyasət Azərbaycanın gələcək inkişafı üçün möhkəm təməl formalaşdırıb. Prezident İlham Əliyev qeyd edib ki, ölkənin etibarlı tərəfdaş kimi qəbul olunması və əlverişli investisiya mühitinin yaradılması nəticəsində son 20 ildə Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiya cəlb edilib. Bu vəsaitin təxminən yarısının birbaşa xarici investisiyaların payına düşməsi Azərbaycanın beynəlxalq investorlar üçün əhəmiyyətli iqtisadi məkan olduğunu göstərən əsas göstəricilərdən biri kimi təqdim edilib.

Dövlətimizin başçısı çıxışında qarşıdakı dövr üçün əsas məqsədlərdən birinin iqtisadi artımın dayanıqlılığının təmin edilməsi və qeyri-neft-qaz sektorunda mövcud potensialın daha geniş şəkildə reallaşdırılması olduğunu vurğulayıb. Bu baxımdan bərpaolunan enerji, nəqliyyat və logistika, rəqəmsal infrastruktur, kənd təsərrüfatı, insan kapitalı və digər sahələr xüsusi əhəmiyyət kəsb edir.

Bərpaolunan enerji Azərbaycanın gələcək iqtisadi inkişafının mühüm istiqamətlərindən biri kimi qeyd olunub. Prezident İlham Əliyev bildirib ki, yalnız Xəzər dənizinin Azərbaycan sektorunda 157 giqavat həcmində külək enerjisi potensialı mövcuddur. Ölkə ərazisində Günəş və külək elektrik stansiyalarının fəaliyyət göstərməsi, qarşıdakı beş il ərzində bərpaolunan enerji mənbələrinin daha geniş tətbiqinin nəzərdə tutulması Azərbaycanın enerji siyasətində yeni mərhələnin formalaşdığını göstərir"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31