Tramp-Putin toqquşması Qarabağda müharibəni alovlandıracaq – İrəvan Bakının bu addımında QORXUR

ABŞ-ın Rusiyaya qarşı sanksiyaları yenidən gündəmə gətirməsi, ardınca Rusiyanın 755 amerikalı diplomatı ölkədən çıxarması ilə başlanan böhran Ermənistanda qorxu ilə müşahidə olunur.

ABŞ-ın Rusiyaya qarşı sanksiyaları yenidən gündəmə gətirməsi, ardınca Rusiyanın 755 amerikalı diplomatı ölkədən çıxarması ilə başlanan böhran Ermənistanda qorxu ilə müşahidə olunur. Ermənistan iki böyük ölkənin toqquşmasının Qarabağda müharibəyə səbəb olacağından narahatdır.
Erməni siyasi şərhçi Sarkis Artsruni hesab edir ki, Rusiya-Amerika böhranı ATƏT-in Minsk qrupunun fəaliyyətini daha da effektsiz edəcək: "Bu mövcud status-kvonun möhkəmləndirilməsi baxımından Ermənistanın xeyrinə görünə bilər. Lakin ən böyük təhlükə münaqişənin həlli ilə bağlı ümidlərin boşa çıxmasından sonra, Azərbaycanın güc variantına əl atmasıdır. Bu baxımdan, Qarabağda yeni müharibə riskləri artır". Erməni şərhçi əlavə edir ki, Rusiya dünyada sıxışdırıldıqca, Qafqaz siyasətini sərtləşdirə bilər.
"Rusiyanın Qarabağ məsələsində Ermənistanı qurban verərək, Qafqazda möhkəmlənə biləcəyi variantı bu gün ön plana çıxıb", - deyə o qeyd edir. Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31