Gündəm
5,6 bal gücündə zəlzələ
Argentinanın qərbində yerləşən La Rioxa əyalətində 5,6 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanın episentri Vinçina yaşayış məntəqəsində 53 kilomter qərbdə, yerin 85 kilometr dərinliyində qeydə alınıb.
İngiltərə sarayında narahatlıq
Avqustun 6 – da 1997-ci ildə Parisdəki yol qəzasında həlak olan Uels Şahzadəsi Şahzadə Diananın keçmiş köməkcisi Peter Settelenin qeydləri əsasında çəkilən "Diana: In Her Own Words" adlı sənədli filmi nümayiş olunacaq. “Olaylar” bildirir ki, hələ yayımlanmayan film artıq İngiltərə gündəmini ələ alıb. Sənədli filmin şahzadənin ölümünün 20-ci ildönümü münasibəti ilə çəkildiyi bildirilir.
Film afişası insanları çaşdırdı
İranın Zəncan şəhərindəki kinoteatrların birində asılan film afişası şəhərdə səs – küyə səbəb olub. “Olaylar” bildirir ki, Film Bahman kinoteatrda "İşçi axtarırılır" adlı filmin posteri insanlar arasında caşqınlığa səbəb olub. Belə ki, şəhər sakinləri filmin adınına diqqqət yetirmədən, kinoteatrın işçi axtardığını düşünüblər.
Mübariz Əhmədoğlu: “Ermənistanın İsraillə əlaqələri xeyli intensivləşib”
“İran-Ermənistan münasibətlərində güclü dinamika var və bu dörd elementlə müşayiət olunur”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Hazırlıqsız 650 bal toplayan, amma oxumağa imkanı olmayan qızla bağlı HƏQİQƏT ÜZƏ ÇIXDI
"Zərdab rayonunda bir qız heç bir hazırlığa getmədən, gecə-gündüz oxuyub 650 balla Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Amma, ailənin imkansızlığı bu sevinci kədərə çevirib. Belə ki, bu qızın qalmağa yeri və kitab-dəftər almağa pulu yoxdur. Bu problem həll olunmasa, o elə kənddə qalacaq və universitetə gəlib təhsilini davam etdirməkdən məhrum olacaq. Nə edək? Nə məsləhət verirsiniz? Paylaşın məsələ ictimailəşsin".
Meteohəssas insanlar diqqətli olsun!
Avqustun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26° isti, gündüz 32-37° isti olacaq. Bakıda gecə 24-26° isti, gündüz 34-36° isti olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-65 % olacaq.
Venesuelada iki müxalifət lideri belə qaçırıldı - VİDEO
Venesuela müxalifətinin iki lideri qaçırılıb. Bu barədə müxalifət liderlərinin qohumları məlumat yayıb. Naməlum şəxslər ev həbsinə məhkum olunan Leopoldo Lopes və Antonio Ledezemabilinməyən istiqamətdə aparıblar. Lopesin həyat yoldaşı hesab edir ki, Nikolas Maduro hər iki müxalifətçinin taleyinə görə birbaşa məsuliyyət daşıyır.
"Bıçaqla oğlumun gözünü çıxarıb..." - Ana məhkəmədə haqqını tələb edir
Keçmiş qaynının gözünü çıxararaq öldürməyə cəhddə təqdirləndirilən 1987-ci il təvəllüdlüSəyyaf Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində zərərçəkən şəxsin anası Səbinə Cəbrayılova ifadə verib. O qeyd edib ki, Səyyaf onun keçmiş kürəkəni olub: "Evdəydik. Oğlum qəfildən uca səslə qışqırdı "ana, kömək elə". Otağa keçib, işığı yandırdım. Oğlum qan içində idi. Səyyaf otağın pəncərəsindən tullananda onu dəqiqliklə gördüm. Qonşunun evinin işığı onun üzünə düşürdü".
3 oğlanla birləşib sevgilisini qəbiristanlığa aparıb zorladılar... - Tovuzda BİABIRÇILIQ
Tovuz rayonunda 20 yaşlı qıza təcavüz etməkdə təqsirli bilinən rayon sakinləri Mürsəl Kərimov, Nemət Rzayev, Kamal Məmmədov və Elməddin Niyazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avrozonadan Azərbaycana gələn mallar bahalaşacaq
Bu gün rəsmi olaraq Azərbaycanda 1 avro 2 manatı keçdi. Yeni məzənnə - 1 avro = 2,0122 manat oldu. “OLAYLAR”-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, əslində dünyada avronun bahalaşması deyil də, dolların ucuzlaşması baş verir: “Yəni, avrozonanın problemləri yerindəcə qalıb: Brexit, Yunanıstan, İtaliya banklarının borc yükü, böyümənin zəif olması və s. Bu istiqamətlərdə avronu gücləndirəcək bir dəyişiklik yoxdur.
Argentinalı futbolçuya göndəriləcəyini WhatsApp-la elan etdilər
Avropada "Valensiya", "Spartak", "Cenoa" kimi klublarda çıxış edən Tino Kosta klubsuz qalıb. 32 yaşlı yarımmüdafiəçinin "Almeria"ya getməsi gözlənilir. Kosta son olaraq "San Lorenzo"nun şərəfini qoruyub.
Qırğızıstanda 59 nəfər prezident olmaq istəyir
Qırğızıstan Mərkəzi Seçki Komissiyası avqustun 1-də prezident seçkilərinə namizədlərin sənəd qəbulunu yekunlaşdırıb. 59 nəfər prezidentliyə namizədliyini irəli sürüb. Namizədlərin 49 nəfəri fərdi, daha 10 namizədlik isə siyasi partiyalar tərəfindən irəli sürülüb.
Hindistanda ildırım 35 adamı öldürdü
Hindistanın Orissa ştatında ildırım vurması nəticəsində həlak olanların sayı 35 nəfərə çatıb. Artıq bir neçə gündür ştatın böyük hissəsində ildırımlarla müşayiət olunan şiddətli qasırğa davam edir. İldırım vurması nəticəsində daha 18 nəfər isə xəsarət alıb.
Meksikada 9 jurnalist öldürülüb
Meksikada Aşağı Kaliforniya ştatının Rosarito şəhərində CNR telekanalının reportyoru Luçano Rivera güllələnərək qətlə yetirilib. Journalist ötən gecə klublarından birində ziyarətçilərlə mübahisə zamanı öldürülüb. Cinayəti törədənlər hadisə yerindən qaçıblar. Lakin onlar saxlanılıb və avtomobillərindən odlu silah aşkar olunub. Rivera bu il öldürülən 9-cu jurnalistdir.
.jpg)
.jpg)












