İngiltərə sarayında narahatlıq

Avqustun 6 – da 1997-ci ildə Parisdəki yol qəzasında həlak olan Uels Şahzadəsi Şahzadə Diananın keçmiş köməkcisi Peter Settelenin qeydləri əsasında  çəkilən "Diana: In Her Own Words" adlı sənədli filmi nümayiş olunacaq. “Olaylar” bildirir ki, hələ yayımlanmayan film artıq İngiltərə gündəmini ələ alıb. Sənədli  filmin şahzadənin ölümünün 20-ci ildönümü münasibəti ilə çəkildiyi bildirilir.

Avqustun 6 - da 1997-ci ildə Parisdəki yol qəzasında həlak olan Uels Şahzadəsi Şahzadə Diananın keçmiş köməkcisi Peter Settelenin qeydləri əsasında  çəkilən "Diana: In Her Own Words" adlı sənədli filmi nümayiş olunacaq. "Olaylar" bildirir ki, hələ yayımlanmayan film artıq İngiltərə gündəmini ələ alıb. Sənədli  filmin şahzadənin ölümünün 20-ci ildönümü münasibəti ilə çəkildiyi bildirilir.

Film Şahzadə Diananın Şahzadə Charles ilə uğursuz evliliyindən və həyat yoldaşının keçmiş sevgilisi Camilla Parkerə yenidən aşıq olmasından bəhs edir. Nümayiş olunmayan film artıq  İngiltərə sarayında narahatlığa səbəb olub.  Kraliça II. Elizabethin keçmiş spikeri Dickie Arbiter bu görüntülərin ələ keçirilməsini utandırıcı bir hal olduğunu qeyd edib. Diananın qardaşı Charles Spencer və yoldaşı Rosa Monckton da görüntülərin şəxsi olduğunu və yayımlanmasının doğru hesab etmədiklərini bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31