Gündəm

Gülnarə Kərimova niyə vuruldu? - Prezident qızının bütün gizli əməlləri AŞKARA ÇIXDI

1 Avqust 2017 14:08

İyulun sonunda Özbəkistan Baş Prokurorluğu məlumat verdi ki, Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Karimova bir sıra maddələrlə, o cümlədən dələduzluq və çirkli gəlirlərin leqallaşdırılmasında ittiham olunur.

Ən yaxın müttəfiqindən qardaş ölkəyə HÜCUM PLANI - Xain ssenari İŞƏ DÜŞDÜ

1 Avqust 2017 14:04

ABŞ PKK terror təşkilatının Suriya qolu olan PYD-yə daha 100 TIR silah-sursat göndərib. Silah aparan 100 TIR İraq sərhədindən keçərək, PYD-nin nəzarətindəki Haseke bölgəsinə daxil olub. Oradan isə təşkilatın Rakkanın şimalında yerləşən üzvlərinə göndərilib. Beləliklə, iyun ayından indiyə kimi ABŞ-ın PYD-yə verdiyi silah-sursatın miqdarı 909 TIR qədər olub. Pentaqon Türkiyənin etirazlarına qarşı “İŞİD məhv edildikdən sonra PYD-yə verilən silahlar geri alınacaq” deyir. Lakin Vaşinqtonun hədəfində Türkiyənin bölgədəki maraqlarının olduğu da şübhəsizdir. Çünki İŞİD Rakkada çox az sayda qalıb və demək olar ki, mühasirəyə alınıb. Buna rəğmən, PYD-yə böyük miqdarda silahların verilməsi şübhələrə yol açır.

Bin Laden PEYDA OLDU: “Əl-Qaidə” DİRİLİR

1 Avqust 2017 13:56

“Əl-Qaidə” terror təşkilatının başına Usama Bin Ladeninin 28 yaşındakı oğlu Həmzə Bin Laden keçəcək. 28 yaşlı Həmzə qısa müddətdə “Əl-Qaidə”nin liderliyini ələ alaraq, sıradan çıxarılan İŞİD-in yerini tutacaq. Həmzə Bin Laden ötən il yayımladığı səsli mesajda Səudiyyə Ərəbistanını hədəfə alır və bu ölkədəki “tənha canavarları” hücuma dəvət edirdi. O, həmçinin, Səudiyyə Ərəbistanının yaradıcısı Əbdüləziz bin Rəhman əl Səudu “ingilis casusu” adlandırıb.

17 yaşlı oğlan bacısını mesajlaşarkən tutudu və...

1 Avqust 2017 13:55

Bacısına mesaj yazanı öldürməkdə təqsirləndirilən gəncin məhkəməsi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən 17 yaşlı Mirismayıl Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Hakim Ramella Allahverdiyevanın sədrliyilə baş tutan iclasda hökm oxunub. Hökmə əsasən M.Hüseynov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun azyaşlı olması, mərhumun anasını onu bağışlaması yüngülləşdirici hal kimi nəzərə alıb.

Elçin Hüseynbəyli yazır... Sənətçilər bağı

1 Avqust 2017 13:46

Düzdü, Bakıda belə bir bağ yoxdur, amma olacaq. Hər halda mən və mənim kimi düşünənlər buna ümid edir, hətta inanır da. Birinci yaranan da, sonuncu ölən də ümiddir, inamsa əbədidir. Düz dedimmi, dostlar?! Onda davam edəlim.

Ermənistan cəbhədə gərginliyi artırır

1 Avqust 2017 13:44

Prezident Ilham Əliyevin iyulun 21-də Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşü hələ də Azərbaycanda müzakirə olunur. Görüşün nəticələri ilə bağlı iki rəy var. Birinci rəy bundan ibarətdir ki, görüş uğurlu keçib və prezidentlər gələcək planlar haqqında danışıblar. İkinci rəy isə bunun tərsidir, yəni görüşdə ciddi nəticə əldə olunmayıb.

Ölkə iqtisadiyyatında ən problemli vəziyyət bank sektorundadır

1 Avqust 2017 13:41

2014-cü ilin sonlarından etibarən dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən sonra əksər neft ixrac edən ölkələr kimi Azərbaycanın da maliyyə sektorunda xoşagəlməz proseslər, mənfi tendensiyalar müşahidə edilməyə başladı. Yaranmış vəziyyətə uyğun olaraq bankların fəaliyyət göstərə bilməməsi bir neçə bankın sıradan çıxması, öz fəaliyyətini dayandırması ilə nəticələndi.

Qalina Şurayeva Gənc Tamaşaçılar Teatrında

1 Avqust 2017 13:40

Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov ölkəmizdə səfərdə olan B.Basanqov adına Kalmık Milli Dram Teatrının baş direktoru Qalina Şurayeva ilə görüşüb. Teatrdan “Olaylar” – a bildirilib ki, görüş zamanı iki teatr arasında davam edən yaradıcılıq münasibətlərinin gələcəkdə daha böyük layihələrlə davam etdiriləcəyi ətrafında məsələlər müzakirə edilib. Azərbaycan Kalmıkiya mədəni əməkdaşlığında teatrların rolu, qastrol səfərlərinin tamaşaçılar tərəfindən maraqla qarşılanmasının təqdirəlayiq hal olduğu vurğulanıb. Həmçinin Azərbaycan və Kalmıkiya arasındakı qarşılıqlı yaradıcılıq müqaviləsinin növbəti mövsümdə daha da genişləndirilərək maraqlı layihələrin, rejissor və tamaşa mübadilələrinin hər iki ölkə teatrları üçün əhəmiyyətindən danışılıb.

Hava Limanına gedən yolda qəza-avtomobil yanır

1 Avqust 2017 13:38

Şəhər mərkəzindən Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gedən yolda ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində tiqqoşan avtomobillərdən birində yanğın baş verib. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsi yayıb. Bildirilib ki, bu səbəbdən sözBildirilib ki, bu səbəbdən söz istiqamətdə avtomobillərin hərəkətində problem meydana gəlib və tıxac yaranıb.

Bakıda qızı zorla maşına mindirib apardılar – AVTOBUS DAYANACAĞINDAN

1 Avqust 2017 13:36

Bakıda gənc qız zorla avtomobilə mindirilərək qaçırılıb. Hadisə dünən Lökbatan qəsəbəsi ərazisindəki “Sədərək” ticarət mərkəzində baş verib. Bir neçə nəfər 1990-cı il təvəllüdlü Mirzəyev Gülbəniz Qafar qızı avtobus dayanacağında olarkən avtomobillə sürətlə yaxınlaşıb və onu zorla maşına mindirərək aparıblar.

"İssız adam"ın başına iş gəldi - Əməliyyat olunacaq

1 Avqust 2017 13:35

"İssız adam" filmi ilə tanınan aktyor Cemal Hünal qəza keçirib.  Hazırda "Kızım ve ben" filmində baş rolda çəkilən aktyorun başına gözlənilməz hadisə gəlib. Çəkiliş zamanı Hünalın qulaq pərdəsi çırılıb. 

Rəqsanəni hədələyib 30 min istədilər

1 Avqust 2017 13:31

Müğənni Rəqsanə İsmayılovanı hədələyib 30 min pulunu istəyiblər. Özünü "vorzakon" kimi təqdim edən şəxs sosial şəbəkədə ona yazaraq, hədə-qorxu gəlib. Rəqsanə "bakılı_karinoy" adlı profilin şəklini və yazdıqlarını paylaşaraq, bunları qeyd edib: "Hansısa "razborşik"dir, bütün müğənnilərdən pul tələb edir. Məndən də 30 min manat istəyir. Verməsəm, yaxud polisə müraciət etsəm, məni yatdığım yerdən götürəcəklər. Baxın görün nə qədər qudurmuş, harınlamış insanlar var. Utanıb yerə girmirlər. Ən azından hörmət qazanan yaxşı oğlanların adını bunlar batırır. 

Tramp Rusiyaya qarşı ŞOK ADDIM - DÖYÜŞ BAŞLANDI

1 Avqust 2017 13:29

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı qərara imza atıb. Bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens deyib. Pens vurğulayıb ki, ABŞ sanksiyaların tərəfdarı deyil: “Rusiyanın öz öhdəliklərini yerinə yetirərsə, bu qadağalar aradan qalxacaq. Lakin Moskvanın sonuncu diplomatik addımları hər şeyin əksinə olacağını göstərir”.

Türkiyədə partlayış

1 Avqust 2017 13:23

Türkiyənin Diyarbəkir vilayətinin Lice qəsəbəsində PKK terrorçularına məxsus avtomobildə partlayış olub. Terrorçular  əməliyyata gedən təhlükəsizlik qüvvələrini hədəf alılar. İlkin məlumata görə hadisə nəticəsində Türkiyə ordusu iki şəhid verib.

Ölümün mübarək, körpə qızım...

1 Avqust 2017 13:23

6 günlük körpənin quyuya atılıb öldürülməsi xəbərini neçə gündür hər üzünə çevirib düşünürəm. Neçə gündür susuram, neçə gündür içimdə danışıram, özümə suallar yağdırıram, deyirəm, niyə axı, niyə? Görürəm ki, bu sualların obyekti mən deyiləm, sonra yenə susuram. Amma indi tamamilə hissiz, emosiyasız, necə deyirlər, soyuq başla yazıram. Yaxşı ki, bir qız uşağının doğulduğu, iki qız uşağının abort edildiyi ailədə bu körpə elə 6 gün yaşayıb. 6 günlük körpənin öldürülməsi bəşərin ən qəddar müharibələrinə bərabər olsa da...