Gündəm

Saakaşvili Poroşenkonu ittiham etdi: “Bu sənədlər hardadır?”

1 Avqust 2017 14:55

Ukrayna dövlət başçısı Pyotr Poroşenkonun fərmanı ilə bu ölkənin vətəndaşlığından çıxarılan Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili onun haqqında səslənən ittihama münasibət bildirib. Saakaşvili deyib ki, onun haqqında saxta sənəd dərc ediblər. “Poroşenko fərman verdi, bununla da məni Ukrayna vətəndaşlığından məhrum etməyə çalışır. Özü də saxta sənədə əsaslanaraq” Saakaşvili “112 Ukrayna” telekanalına belə deyib. O söyləyib ki, Ukrayna Prezident Administrasiyasının özü saxtakarlıqla məşğuldur. “Burada mənim yox, Poroşenkonun və onun komandasının cinayətləri haqqında söhbət gedir. Çünki mənim haqqımda sənədləri onlar saxtalaşdırıblar”. Keçmiş prezident əlavə edib ki, Ukrayna vətəndaşlığını almaq üçün lazım olan bütün lazımlı anketləri doldurub.

3 terrorçu öldürüldü

1 Avqust 2017 14:53

Türkiyə Daxili İşlər Nazirliyi Tuncelinin  Ovacık bölgəsindəki silahlı qarşıdurma haqqında məlumat yayıb. Məlumatda bildirilir ki, silahlı qarşıdurma zamanı  3 terrorist  öldürülüb. Zərərsizləşdirilən terrorçuların 2-sinin kişi 1-nin  qadın olduğu bildirilir. Terrorçuların üzərində 3 ədəd M-16 piyada tüfəngi aşkarlanıb.

MTN generallarının məhkəməsində şahid və zərərçəkmişlər ifadə verib

1 Avqust 2017 14:50

Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Gündəmi sarsıdacaq açıqlama: FETÖ kimi daha bir təşkilat var!

1 Avqust 2017 14:49

“FETÖ-nün öz üzvlərindən də gizlətdiyi bir təşkilat var. Sayı min nəfərə çatar. Hamısı uşaqlıqdan tanınılıb yetişdirilən şəxslərdir. Təşkilatdakı insanların gördükləri işlər cinayətə dönüşə bilər. Bu gizli təşkilatdan 10 nəfəri dayandırsaz təşkilat çökər”

Ayk Martirosyan: “Azərbaycan müharibəyə yaxşı hazırlaşıb”

1 Avqust 2017 14:45

"Azərbaycanla müharibə dağlar arxasında deyil: o bir neçə ay, yaxud da bir il sonra da başlaya bilər. Müharibədən yaxa qurtarmaq mümkünlüyü istisnadır". Bu barədə erməni politoloqu Ayk Martirosyan Dağlıq Qarabağ və ətraf rayonlarda cərəyan edən hadisələri şərh edərkən deyib.

Müstəqil mətbuat ölkəsinə məkrli davranan dövlətlərə qarşı ən kəskin silahdır

1 Avqust 2017 14:44

142 illik inkişaf yolu keçən Azərbaycan  mətbuatı zamanla müəyyən maneələrə qarşılaşdığı heç kimə sirr deyil. Müstəqillik illərində yenidən surətli inkişaf yoluna qədəm qoyan mətbuatımız bu gün bütün çətinliklərini geridə qoyub.

Aprel döyüşlərində öldürülən əsgərin anası müdafiə nazirinə səsləndi: "İkinci oğlumu vermirəm"

1 Avqust 2017 14:34

Ötən ilin aprel döyüşləri zamanı Qarabağda öldürülən əsgər Qriqor Arutyunyanın anası ikinci oğlunu hərbi xidmətə göndərməkdən imtina edir. Anait Qriqoryan ikinci oğlu Seryojanın ailənin yeganə çörək gətirəni olduğunu bildirərək onu orduya verməyəcəyini deyir.

Ermənistanda yezidilərin yas mərasimi gülləbaran edildi

1 Avqust 2017 14:33

Ermənistanın Araqatsotn vilayətində naməlum şəxs Şamiram kəndinin qəbiristanlığında yas mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulmuş zala daxil olaraq mərasim iştirakçılarını gülləbaran edib.

Azərbaycanlının yanında oturan erməni təyyarədə öldü, soydaşımız ağladı

1 Avqust 2017 14:26

Bir neçə saat öncə Tiflisdən Moskvaya uçan təyyarə Rostova təcili eniş etməli olub. Buna səbəb sərnişinlərdən birinin uçuş zamanı dünyasını dəyişməsi olub. Bu barədə Anar Almadatov adlı Facebook istifadəçisi özünün profilində yazıb. O bildirib ki, ölən erməni onunla yanaşı oturubmuş.

Elə bilirsiniz atanıza oxşayırsınız? – Genetiklərin şok açıqlamaları

1 Avqust 2017 14:22

“Genetika” yunan dilindən tərcümədə “genesis”, yəni “mənşə” deməkdir. Bu elm irsiyyət qanunlarını və dəyişkənliyini tədqiq edir. İnsan genetikasına aid ən maraqlı faktları təqdim edirik.

Azərbaycanla sərhəddə erməni hərbçisi yaralandı: İrəvana aparıldı

1 Avqust 2017 14:17

Bu gün, saat 10:40 radələrində Ermənistanın İcevan rayon tibb mərkəzinə Qeğarkunik vilayətinin Dprabak kənd sakini, 1986-cı il təvəllüdlü müqaviləli hərbçi Armen Mexak Mazlaxanyan köçürülüb.

Əməkdar atrist özünü Beren Saatla müqayisə etdi: "O pula Türkiyədə 4 ev almaq olar"... -  Video

1 Avqust 2017 14:18

Əməkdar artist, tanınmış aktyor Rasim Cəfər sosial şəbəkədə paylaşdığı maraqlı statusla diqqət çəkib: “Aktrisa Beren Saat “Kazino” adlı yeni seriala dəvət alıb. Artıq müqavilə də imzalanıb. Berenin hər bölüm üçün 120 min lira (təxminən 58 min AZN) alacağı bildirilir. Bununla da Saat serialdan hər ay 480 min lira (təxminən 230 min AZN) gəlir əldə edəcək. Məlumata əsasən, bu pulla Türkiyədə 4 ev almaq mümkündür. Sonra da deyirlər ki, oyna. Ə nətər oynayağ eee…”.

Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi AVROPA MƏHKƏMƏSİNDƏ

1 Avqust 2017 14:15

Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi Avropa Məhkəməsində baxılacaq. Bu barədə vəkil Fariz Namazlı Feysbuk səhifəsində məlumat verib. Vəkil bildirib ki, Avropa Məhkəməsi Firuzə Asgarova və Albina Veselova Ermənistana qarşı iş üzrə kommunikasiyaya başlayıb.

İraqda həlak olanların sayı açıqlandı

1 Avqust 2017 14:13

Birləşmiş Millətlər Təşkilatı İraqda iyul ayında meydana gələn terror hadisələri zamanı həlak olanların sayını açıqlayıb. “Olaylar” bildirir ki, təkcə iyul ayında baş verən terror hadisələri zamanı 241 nəfər həlak olub, 271 nəfər isə ağır yaralanıb. Hesabatda bildirilir ki, Mosul şəhərini İŞİD terror qruplaşmasından azad edərkən 121 nəfər həlak olub, 112 nəfər ağır yaralanıb. Bağdad şəhərindən 38 ölü, 85 yaralı, Enbar şəhərindən isə 33 ölü, 49 yaralı qeydə alınıb.

MTRŞ: Televiziya və radiolarda Azərbaycan dili normalarının pozulması hallarına rast gəlinir

1 Avqust 2017 14:11

“Ümummilli lider Heydər Əliyevin imzaladığı 9 avqust 2001-ci il tarixli fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu gün istər çap mediası, istər elektron media Azərbaycan dilinin inkişafına mühüm təsir göstərməkdədir.  Xüsusilə müasir dövrdə TV və radiolar ədəbi dilə, onun cilalanmasında vacib rol oynayır.