Meksikada 9 jurnalist öldürülüb
Meksikada Aşağı Kaliforniya ştatının Rosarito şəhərində CNR telekanalının reportyoru Luçano Rivera güllələnərək qətlə yetirilib. Journalist ötən gecə klublarından birində ziyarətçilərlə mübahisə zamanı öldürülüb. Cinayəti törədənlər hadisə yerindən qaçıblar. Lakin onlar saxlanılıb və avtomobillərindən odlu silah aşkar olunub. Rivera bu il öldürülən 9-cu jurnalistdir.
1 Avqust 2017 12:23 DünyaMeksikada Aşağı Kaliforniya ştatının Rosarito şəhərində CNR telekanalının reportyoru Luçano Rivera güllələnərək qətlə yetirilib. Journalist ötən gecə klublarından birində ziyarətçilərlə mübahisə zamanı öldürülüb. Cinayəti törədənlər hadisə yerindən qaçıblar. Lakin onlar saxlanılıb və avtomobillərindən odlu silah aşkar olunub. Rivera bu il öldürülən 9-cu jurnalistdir.
Qeyd edək ki, 2000-ci ildən etibarən ölkədə KİV-in 120 əməkdaşı öldürülüb, 20-si itkin düşüb. AzVision.az "Ria Novosti"yə istinadən xəbər verir.