Avrozonadan Azərbaycana gələn mallar bahalaşacaq

Bu gün rəsmi olaraq Azərbaycanda 1 avro 2 manatı keçdi. Yeni məzənnə - 1 avro = 2,0122 manat oldu. “OLAYLAR”-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, əslində dünyada avronun bahalaşması deyil də, dolların ucuzlaşması baş verir: “Yəni, avrozonanın problemləri yerindəcə qalıb: Brexit, Yunanıstan, İtaliya banklarının borc yükü, böyümənin zəif olması və s. Bu istiqamətlərdə avronu gücləndirəcək bir dəyişiklik yoxdur.

Bu gün rəsmi olaraq Azərbaycanda 1 avro 2 manatı keçdi. Yeni məzənnə - 1 avro = 2,0122 manat oldu. "OLAYLAR"-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, əslində dünyada avronun bahalaşması deyil də, dolların ucuzlaşması baş verir: "Yəni, avrozonanın problemləri yerindəcə qalıb: Brexit, Yunanıstan, İtaliya banklarının borc yükü, böyümənin zəif olması və s. Bu istiqamətlərdə avronu gücləndirəcək bir dəyişiklik yoxdur. Dolların ucuzlaşması isə ABŞ-da siyasi səhnədə olan qeyri-müəyyənliklə bağlıdır. Artıq ciddi müzakirələr gedir ki, Tramp yaxın aylarda istefa verə bilər, bu qeyri-müəyyənlik dollara mənfi təsir edir". Ekspert deyib ki, ölkəmizə bu proseslərin bizə 2 təsiri var: "Birincisi, neft son vaxtıarda 52 dollara qədər bahalaşdı, amma bu da daha çox dolların ucuzlaşması ilə bağlıdır. Dollar indeksi 100 punktan yuxarı olanda neft 54 dollar idi, indi indeks 91-92 punkta düşüb. Neft isə 52 dollardır, yəni, əslində neft ucuzlaşıb. İkincisi, Avrozonadan bizə gələn mallar 15% civarında bahalaşacaq, əsasən dərmanlarda, avtomobillərdə, onların ehtiyat hissələrində və bəzi ərzaq məhsullarında bahalaşma olacaq.  Avro yaxın həftələrdə bahaşmaqda davam edə bilər, amma bu uzun çəkməyəcək, sentyabrda növbəti FED toplantısında alınacaq qərarlar dolların yenidən güclənməsinə səbəb olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31