"Bavariya"nı keçmiş oyunçusu Türkiyəyə doğru addımlayır

"Fənərbağça" almaniyalı Holger Badştuberi transfer etmək istəyir. İstanbullular müdafiə xəttinin əsas oyunçularından olan Simon Kyaeri "Sevilya"ya göndərdikdən sonra boşalan mövqeyə yeni oyunçu almaq istəyir. Hazırda azad agent olan mərkəz müdafiəçisinin türk klubuna keçidi real görsənir.

Qeyd edək ki, 28 yaşında olan Badştuber uzun illər Münhen "Bavariya"sının şərəfini qoruduqdan sonra keçən mövsümü icarə əsasında "Şalke"də çıxış edib və transfer dəyəri 2,5 milyon avrodur. Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31