Məşhur memar həbs oluna bilər
Türkiyəli məşhur memarın həbs olunması tələb olunur. “Olaylar” bildirir ki, memar Səlim Yuhayın keçmiş həyat yoldaşı "Üç uşağı ilə maraqlanmır" iddiası ilə memarın 1 ilə qədər həbs olunmasını tələb edir. Türkiyədə bir neçə kanalda yayımlanan "Güle Güle Oturun" proqramının yaradıcısı və aparıcısı məşhur memar Səlim Yuhay ilə Evlin Avidor iki il əvvəl razılaşma yolu ayrılmışdılar. Avidorun şəxsi əşyaları arasında tapdığı gündəliklə məhkəməyə müraciət edən Yuhay, keçmiş həyat yoldaşının evli olduqları zaman ona xəyanət etdiyini bildirmişdi.
1 Avqust 2017 09:50 DünyaTürkiyəli məşhur memarın həbs olunması tələb olunur. "Olaylar" bildirir ki, memar Səlim Yuhayın keçmiş həyat yoldaşı "Üç uşağı ilə maraqlanmır" iddiası ilə memarın 1 ilə qədər həbs olunmasını tələb edir.
Türkiyədə bir neçə kanalda yayımlanan "Güle Güle Oturun" proqramının yaradıcısı və aparıcısı məşhur memar Səlim Yuhay ilə Evlin Avidor iki il əvvəl razılaşma yolu ayrılmışdılar. Avidorun şəxsi əşyaları arasında tapdığı gündəliklə məhkəməyə müraciət edən Yuhay, keçmiş həyat yoldaşının evli olduqları zaman ona xəyanət etdiyini bildirmişdi.
Məhkəmə 3 uşağın bütün hüquqlarını analarına verərək, Səlim Yuhayın yoldaşına aylıq 800 min lirə pul verməklə yanaşı, uşaqlarının digər xərclərini də təmin etməsinə qərar vermişdi. Lakin iddialara görə memar uşaqları ilə maraqlanmır.