Ermənistan Aİİ peşmançılığı: “Sanksiyalardan ən çox zərər görən biz olacağıq”

Ermənistanın da üzv olduğu Avrasiya İqtisadi İttifaqı Rusiyanın rəhbərliyi altında yaradılıb. Odur ki, ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar dolayı yolla bu ittifaqa üzv ölkələrin iqtisadiyyatına də təsirsiz ötüşməyəcək. Artıq bu məsələ Ermənistan gündəmində çox qabardılır və görünən odur ki, ölkənin rəhbərliyi bundan xeyli narahatdır.

Ermənistanın da üzv olduğu Avrasiya İqtisadi İttifaqı Rusiyanın rəhbərliyi altında yaradılıb. Odur ki, ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar dolayı yolla bu ittifaqa üzv ölkələrin iqtisadiyyatına də təsirsiz ötüşməyəcək. Artıq bu məsələ Ermənistan gündəmində çox qabardılır və görünən odur ki, ölkənin rəhbərliyi bundan xeyli narahatdır.

"Rusiya Ermənistana meydan oxudu"

Ermənistan Qloballaşma və Regional Əməkdaşlıq üzrə Analitik Mərkəzin rəhbəri Stepan Qriqoryan bu gün keçirilən mətbuat konfransında Rusiyanın ittifaqı Ermənistana heç bir yardım təklif etmədən, yalnız öz maraqlarını düşünərək qurduğunu söyləyib:

"Demokratiya haqqında çoxdan danışırıq və bu gün ABŞ-da gördüyümüz şey demokratiyanın klassik nümunəsidir. Hakimiyyətə gələn prezident Donald Tramp öz siyasətini yürütdü, çoxları onun Rusiya ilə yaxın olduğunu düşünürdü. Amma prezidentin fikirləri Konqres və hətta öz partiyasının üzvləri ilə üst-üstə düşmədi. Nəticədə Rusiyaya sanksiyalar qoydular. İndi çarəsiz vəziyyətdə qalan Rusiya öz oyun qaydalarını tətbiq edir. Bu qaydalara görə isə ziyan görən Aİİ ölkələri olacaq. Rusiya sürücülük hüququ haqqında qanunda dəyişikliklər edərkən, Ermənistan sürücülük vəsiqəsi olan sürücüləri işdən çıxardı. Düzdür, bəlkə də Rusiya öz xalqının əmək hüquqlarını qorumaq adına doğru addım atdı. Amma bir tərəfdən də çoxlu sayda erməni işsiz qaldı".

Ekspert hesab edir ki, Rusiyada sosial-iqtisadi vəziyyətin pisləşməsinə görə, Ermənistan özünə yeni yol xəritəsi cızmalıdır:

"Rusiya son qanunvericilik dəyişikliyi ilə Ermənistana meydan oxudu. Rusiya hakimiyyətinin Aİİ ölkələrini sıxışdıran siyasətinə qarşı təsirli bir reaksiya olaraq, Ermənistanın öz maraqlarını qoruyacaq addımlar atmalıdır. Nə ABŞ, nə də Rusiyaya meyillilik olmadan. Çünki ABŞ və ya Rusiya üçün yaxşı olan hər şeyin Ermənistan üçün də yaxşı olması real deyil".

ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyaların Ermənistanı bu qədər narahat etməsi ona görədir ki, ermənilərin idxal və ixracının böyük bir hissəsi Rusiya ilə bağlıdır. Sanskiyalar Ermənistana iqtisadi cəhətdən ciddi mənfi təsir göstərəcəkdir.

Rusiyada yaşayan erməni miqrantları çətin günlər gözləyir

Bu gün keçirilən mətbuat konfransında erməni iqtisadçı Vilen Kaçatryan da bu aspektdən çıxış edərək bildirib ki, Ermənistanı ciddi problemlər gözləyir: "Ermənistanın ixracının 22% -i Rusiyaya gedib. Bu olduqca böyük rəqəmdir. Bu onu göstərir ki, Ermənistan Rusiyadan sonra sanksiyadan ən çox zərər görən müttəfiq olacaq. Problem bununla məhdudlaşmır, başqa ölkələrin malları da Rusiya vasitəsilə bura gəlir. Bu da ciddi iqtisadi zərbədir, çünki bu birbaşa məhsulların qiymətinin yüksəlməsi deməkdir".

İqtisadçının vurğuladığı ikinci məsələ isə ermənilərin Rusiyada işləmək hüququ ilə bağlı olub: "Hazırda Rusiyada yaşayan erməni miqrantları da çətin günlər gözləyir. Onlar işlərini itirəcəklər. Nəticədə ölkəyə külli miqdarda miqrant qayıdışı yaşanacaq. Bu da ölkədəki işsizlərin sayını artıracaq".

Ermənistanın pənahı yenə İrandır

Ermənistan rəhbərliyinin sanksiyalardan sonra bu nəticəni proqnozlaşdırması çətin olmayıb. Buna görə də İranla yaxın əlaqələrdən istifadə edərək vəziyyətdən çıxmağa çalışıblar. Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan bu gün bəzi iranlı rəsmilərlə görüşüb və Ermənistanın İran mallarını Avrasiya İqtisadi İttifaqı vasitəsilə Avrasiya bazarına çıxarmaq planlarını müzakirə edib.

Səfir Tumanyanın bu təklifi Sarkisyan rejiminin göstərişidir. Hansı ki, Ermənistanın qonşusu olduğu 4 ölkədən ikisi - Azərbaycan və Türkiyə onunla heç bir iqtisadi əməkdaşlığa girmir. Gürcüstan isə Aİİ-yə üzv deyil və Rusiya ilə münasibətləri göz önündədir. Ermənistanın əməkdaşlıq edə biləcəyi ölkə olaraq bircə İran qalır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31