“Qarabağ” bu gün Moldovada son məşqinə çıxacaq

“Qarabağ” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində sabah “Şerif”in qonağı olacaq. Ağdam təmsilçisi bu gün cavab matçı öncəsi son məşqinə çıxacaq.

"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində sabah "Şerif"in qonağı olacaq. Ağdam təmsilçisi bu gün cavab matçı öncəsi son məşqinə çıxacaq. Əvvəlcə Bakı vaxtı ilə saat 20:30-da baş məşqçi Qurban Qurbanov media nümayəndələrinin suallarını cavablandıracaq. Saat 21:00-da isə komanda qarşılaşmanın keçiriləcəyi "Şerif Arena"da son məşqinə çıxacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
Qeyd edək ki, "Şerif" - "Qarabağ" matçı sabah saat 21:00-da start götürəcək. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31