“Parlament fəaliyyəti yalnız qanun layihələrinin müzakirəsi və səsvermədən ibarət deyil”-MÜSAHİBƏ
20:45 SiyasətMilli Məclisin deputatı Mircəlil Qasımlı SABAHİNFO.AZ saytının suallarını cavablandırıb. Müsahibəni diqqətinizə çatdırırıq.
-Mircəlil müəllim Parlamentin Payız Sessiyası öz işinə başladı. Bir Millət Vəkili kimi sessiyaya hazırlıq və qəbul olunacaq mühüm qanun layihələi barəsində nə deyə bilərsiniz?
- Parlamentin payız sessiyası hər zaman mühüm qanunvericilik dövrü hesab olunur. Təbii ki, biz də millət vəkili olaraq sessiyaya ciddi hazırlaşırıq. Qarşıdakı dövrdə həm dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri, həm də Dövlət Qulluğu Məcəlləsinin layihəsi kimi mühüm sənədlərin müzakirəsi nəzərdə tutulur. Mənim üçün parlament fəaliyyəti yalnız qanun layihələrinin müzakirəsi və səsvermədən ibarət deyil. Seçicilərimizin gündəlik qayğılarının, müraciətlərinin və cəmiyyəti düşündürən məsələlərin parlament müstəvisində səsləndirilməsi də bizim əsas vəzifələrimizdəndir. Bu baxımdan seçicilərimizlə görüşlərdə qaldırılan məsələləri, xüsusilə də Kəlbəcər sakinlərini maraqlandıran problemləri diqqətdə saxlamağa çalışacağam.
-Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Dağ-mədən sənayesinin inkişafı ilə bağlı dövlət proqramı qəbul olundu. Bu yöndə nə deyə bilərsiniz? Ötən günlərdə Bakıda növbəti İnvestisiya Forumu reallaşdı. Bir sıra mühüm görüşlər keçirildi. Belə bir Forumun ölkəmiz üçün nə kimi əhəmiyyəti vardır?
-Dağ-mədən sənayesi ilə bağlı, Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə qəbul olunan Dövlət Proqramı dağ-mədən sənayesinin inkişafına, qeyri-neft sektorunun güclənməsinə və yeni iş yerlərinin yaradılmasına mühüm töhfə verəcək. İnvestisiya Forumu ilə bağlı, Bakıda keçirilən İnvestisiya Forumu Azərbaycanın investisiya imkanlarının beynəlxalq səviyyədə təqdim olunması baxımından mühüm platformadır. Belə tədbirlər ölkəmizə yeni sərmayələrin cəlb olunmasına və beynəlxalq iqtisadi əməkdaşlığın genişlənməsinə xidmət edir.
-Secicilərinizlə görüşlər keçirirsiniz. Maraqlıdır seçicilərinizin qaldırdığı məsələlər hansı səpkidəndir və problemlərin həlli istiqamətində nə kimi addımlar atılır.
-Seçicilərimizlə mütəmadi görüşürük, onların müraciətlərini dinləyirik. Hazırda müraciətlərin böyük bir hissəsi Kəlbəcərə qayıdış və köç prosesi ilə bağlıdır. Bununla yanaşı, məşğulluq, sosial və digər məsələlər də qaldırılır. Hər bir müraciəti aidiyyəti dövlət qurumları qarşısında qaldırır, imkan daxilində həllinə dəstək göstərməyə çalışırıq.
-Son olaraq Türkiyədə bəzi qüvvələr Azərbaycan nümayəndəsinin BMT iclasında İsrailin baş nazirinin çıxışı zamanı zalı təkr etməməsini birmənalı qarşılamırlar. Bu məsələ barəsində sizin fikirlər maraqlı olardı.
-Azərbaycan-Türkiyə münasibətləri qardaşlıq və strateji müttəfiqlik üzərində qurulub. Azərbaycan öz milli maraqlarına əsaslanan müstəqil xarici siyasət həyata keçirən dövlətdir.