Vətənpərvərlik milli-mənəvi dəyərlərimizin ən önəmli tərkib hissəsidir

İyulun 31-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Vətənpərvərlik milli-mənəvi dəyərimiz kimi” adlı konfrans keçirib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, konfransın məqsədi gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi sahəsində görülən işlər, bu sahədə qarşıda duran məsələlərin müzakirə edilməsi olub. Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, media təmsilçiləri, ziyalılar və gənclər iştirak ediblər.

İyulun 31-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Vətənpərvərlik milli-mənəvi dəyərimiz kimi" adlı konfrans keçirib. "OLAYLAR"-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, konfransın məqsədi gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi sahəsində görülən işlər, bu sahədə qarşıda duran məsələlərin müzakirə edilməsi olub. Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, media təmsilçiləri, ziyalılar və gənclər iştirak ediblər.

Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov tədbirdə çıxış edərək bildirib ki, gənclər arasında vətənpərvərliyin təbliğində ziyalılarımızla, təhsil müəssisələrimizlə yanaşı, dini icmalar da iştirak etməlidirlər. Dini icmaların bu istiqamətdəki fəaliyyətini daha da təkmilləşdirməyə, bu sahədə birgə işin koordinasiya edilməsinə böyük ehtiyac var. Çünki gənclərimizin təhsil müəssisələrindən sonra ən çox üz tutduqları məkan məhz ibadət evləridir. Milli-mənəvi dəyərlərimizin təbliği həm də radikalizmlə mübarizədə önəmli amillərdən biridir. İbadət evləri dini təbliğat işinin, dini maarifləndirmənin tərkib hissəsidir və bu da vətənpərvərliyin təbliğ olunmasında dini icmaların rolunun önəmini göstərir. Bugünkü konfransda müxtəlif dini konfessiyaların rəhbərləri iştirak edirlər. Bu, o deməkdir ki, vətənpərvərliyin təbliğində bütün dini konfessiyalar, icmalar yaxından iştirak etməlidirlər.

Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov "Vətənpərvərliyin təbliğində dini icmaların rolu" mövzusunda çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31