Nüfuzlu gəmiçilik şirkəti GAC nümayəndələri AXDG-də olublar

İyulun 31-də dünyanın nüfuzlu gəmiçilik şirkətlərindən olan GAC-ın  rəsmi nümayəndələri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də olublar. “OLAYLAR”-ın xəbərinə görə, "AXDG" QSC-nin sədri Rauf Vəliyev GAC-ın  vitse-prezidenti Erland Ebbersten və regional  meneceri Stüart Makdonalda Gəmiçiliyin  gördüyü işlər, beynəlxalq şirkətlərlə birgə həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib. Öz növbəsində qonaqlar təmsil etdikləri şirkətin fəaliyyətindən danışıblar. Bildiriblər ki, GAC-ın   dünyanın 50-dən çox ölkəsində 300-ə yaxın ofisi fəaliyyət göstərir. Xəzər dənizinin Türkmənistana aid olan sularında reallaşdırdıqları layihələr haqqında məlumat verən şirkət rəsmiləri AXDG ilə də  əməkdaşlığa  hazır olduqlarını deyiblər.

İyulun 31-də dünyanın nüfuzlu gəmiçilik şirkətlərindən olan GAC-ın  rəsmi nümayəndələri "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də olublar. "OLAYLAR"-ın xəbərinə görə, "AXDG" QSC-nin sədri Rauf Vəliyev GAC-ın  vitse-prezidenti Erland Ebbersten və regional  meneceri Stüart Makdonalda Gəmiçiliyin  gördüyü işlər, beynəlxalq şirkətlərlə birgə həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib. Öz növbəsində qonaqlar təmsil etdikləri şirkətin fəaliyyətindən danışıblar. Bildiriblər ki, GAC-ın   dünyanın 50-dən çox ölkəsində 300-ə yaxın ofisi fəaliyyət göstərir. Xəzər dənizinin Türkmənistana aid olan sularında reallaşdırdıqları layihələr haqqında məlumat verən şirkət rəsmiləri AXDG ilə də  əməkdaşlığa  hazır olduqlarını deyiblər.

İkitərəfli əməkdaşlıq məsələlərinin diqqət mərkəzində olduğu görüşdə mövcud və gələcək imkanlar nəzərə alınaraq birgə layihələr haqqında  fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31