Qətər bütün təklifləri rədd etdi

Qətər BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn və Misirdən ibarət körfəz koalisiyasının tətbiq etdiyi diplomatik və iqtisadi blokadanı qaldırmaq üçün verdiyi şərtli dialoq təklifini rədd edib. Bu barədə Qətərin xarici işlər naziri Şeyx Məhəmməd ibn Əbdurrəhman əs-Sani məlumat verib. Bəhreynin xarici işlər naziri Şeyx Xalid ibn Əhməd Əl Xəlifə koalisiya ölkələrinin xarici işlər nazirlərinin toplantısında Qətərlə dialoqa girməyə hazır olduqlarını deyib.

Lakin nazir dialoqun gerçəkləşməsinin Qətərin terrorizmi maliyyələşdirməkdən və digər ölkələrin daxili işlərinə qarışmaqdan əl çəkməsinə, eləcə də, 13 maddəlik tələb siyahısına cavab verməsinə bağlı olduğunu vurğulayıb. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31