Sosial infrastruktur məsələlərinin həlli daim diqqət mərkəzindədir

Sürətli iqtisadi inkişaf yolunda olan Azərbaycan dövlətinin atmış olduğu uğurlu addımlardan biri də sosial məsələlərəin, problemlərin həllinə diqqət ayrıması, bu sahədə müntəzəm və planlı şəkildə islahatlar, tədbirlər həyata keçirməsidir. Təsadüfi deyil ki, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra ölkəyə neft ixracından gələn gəlirlərin böyük əksəriyyəti də məhz sosial sahəyə yönəldilmişdi. Bunun ən bariz nümunəsi isə 2004-cü ildən etibarən mərhələli şəkildə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı idi. Məhz bu proqramın uğurla icrası nəticəsində təkcə paytaxtda deyil, eləcə də regionlarda, ucqar dağ kəndlərində belə bir sıra sosial problemlər həllini tapdı. Ən başlıcası müstəqilliyin ilk illərində sosial partlayış həddinə gəlib çatan işsizlik problemi aradan qaldırıldı.

Azərbaycan dövləti bu istiqamətdə uğurlu addımlar atır

Sürətli iqtisadi inkişaf yolunda olan Azərbaycan dövlətinin atmış olduğu uğurlu addımlardan biri də sosial məsələlərəin, problemlərin həllinə diqqət ayrıması, bu sahədə müntəzəm və planlı şəkildə islahatlar, tədbirlər həyata keçirməsidir. Təsadüfi deyil ki, 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasından sonra ölkəyə neft ixracından gələn gəlirlərin böyük əksəriyyəti də məhz sosial sahəyə yönəldilmişdi. Bunun ən bariz nümunəsi isə 2004-cü ildən etibarən mərhələli şəkildə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı idi. Məhz bu proqramın uğurla icrası nəticəsində təkcə paytaxtda deyil, eləcə də regionlarda, ucqar dağ kəndlərində belə bir sıra sosial problemlər həllini tapdı. Ən başlıcası müstəqilliyin ilk illərində sosial partlayış həddinə gəlib çatan işsizlik problemi aradan qaldırıldı. Tədricən ölkəyə gələn neft gəlirlərinin artması digər sosial məsələlərin, Azərbaycan üçün ən ağrılı problem sayılan qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə yol açdı. Qısa zamanda çadır şəraitində yaşayan qaçqın və məcburi köçkün soydaşlarımız üçün şəhərciklər salındı, yaşayış binaları tikilib istifadəyə verildi. Zaman keçdikcə Azərbaycanın iqtisadi qüdrətinin artması digər məsələlərin həllinə imkan yaratdı. Gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması üçün ipoteka kreditlərinin verilməsinə başlanıldı, aztəminatlı ailələr üçün ünvanlı sosial yardımlar müəyyən edildi. Yəni bir sözlər hökumət sosial sahədə qarşısına qoyduğu hədəflərə çatmaq üçün bütün imkanları səfərbər etdi. Və istənilən nəticə də əldə olundu. Ən əsası isə dünyada hökm sürən iqtisadi və maliyyə böhranına rəğmən pensiya və müavinətlərin, əmək haqqlarının mütəmadi şəkildə artırılması prosesi davam etdi.

Sevindirici haldır ki, Azərbaycan hökuməti günümüzdə də sosial sahədə həyata keçirdiyi islahatları, atdığı addımları davam etdirərək bu siyasətə sadiqliyini nümayiş etdirir. Görülən işlər, ortada olan nəticə, eləcə də statistik göstəricilər bunu deməyə əsas verir. Nazirlər Kabinetinin cari ilin birinci yarım ilinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair iclasında Prezident İlham Əliyevin dediyi kimi sosial sahədə həyata keçirilən tədbirlər sırasında məcburi köçkünlərin problemləri həmişəki kimi bu il də diqqət mərkəzində olub. Belə ki. təkcə son illər yüzə yaxın qəsəbə salınıb. Həmin qəsəbələr sırasında isə dövlət başçısının da iştirakı ilə yenidənqurma işlərindən sonra açılışı olan Cocuq Mərcanlı qəsəbəsi xüsusi yer tutur. Məlumat üçün qeyd ki, işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində 50 ev, məktəb, Şuşa məscidinin bənzəri olan məscid tikilib, yol çəkilib, bütün infrastruktur yaradılıb. Həmçinin növbəti 100 evin, tibb məntəqəsinin və digər lazımi obyektlərin tikintisi üçün də vəsait ayrılıb.

Prezident İlham Əliytevin qeyd etdiyi kimi digər sosial layihələr də icra edilir. Tərtər rayonunda böyük şəhərcik salınır. Sumqayıt və Bakı şəhərlərində həm yeni şəhərciklər tikilir.

Ümumiyyətlə, Azərbaycan hökluməti beynəlxalq iqtisadi təhdidlər, böhran dövrünə baxmayaraq sosial layihələri davam etdirir və bu prosesdə israrlı olduğunu otaya qoyur. Hələ bir neçə il əvvəl dövlət başçısı əminliklə bildirmişdi ki, nəzərdə tutulan bütün sosial layihələr icra olunacaq və həmin layihələrin dayandırılması, yaxud təxirə salınmasından söhbət gedə bilməz. Elə görülən işlər də bunu sübut edir ki, ölkədə sosial layihələr uğurla davam edir. Sosial sahədə həyata keçirilən bu tədbirlər isə hər şeydən əvvəl əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Hazırda da sosial infrastruktur obyektlərinin tikintisi aparılır. Məlumat üçün qeyd edək ki, cari ilin altı ayı ərzində 26 tibb müəssisəsi tikilib və təmir olunub.. Bununla yanaşı iyirmidən çox modul tipli məktəb tikilib. Cari ilin sonuna qədər isə onların sayı 100-ə çatmalıdır. Yəni, bütün bunlar bir daha onu deməyə əsas verir ki, sosial infrastruktur məsələlərinin həlli daim diqqət mərkəzindədir.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31