İŞİD şiələrin müqəddəs məkanını və liderlərini hədəf aldı
İraqın Terrorla Mübarizə və Kəşfiyyat İdarəsi İŞİD terror təşkilatının şiələrin ən böyük din xadimi olan Ayətullah Əli Sistaninin Nəcəf şəhərindəki evinə bombalı hücumlar təşkil etmək niyyətində olduğunu açıqlayıb. Bu barədə İraq mətbuatına idarənin müdiri Əbu Əli Bəsri məlumat verib. O bildirib ki, terrorçu qruplaşma liderin evi ilə yanaşı, şiələrin müqəddəs məkanları olan Kufə Məscidi, Kərbəla, Bəsrə və Samirəyə də hücum etməyi planlaşdırıb. Əli Bəsri İŞİD-in xarici ölkələrdən gətirdiyi lider komandasının bombalı avtomobillər və kamikadzelər vasitəsilə terror hücumları həyata keçirəcəyini ehtimal etdiyini deyib.
31 İyul 2017 16:16 Dünyaİraqın Terrorla Mübarizə və Kəşfiyyat İdarəsi İŞİD terror təşkilatının şiələrin ən böyük din xadimi olan Ayətullah Əli Sistaninin Nəcəf şəhərindəki evinə bombalı hücumlar təşkil etmək niyyətində olduğunu açıqlayıb. Bu barədə İraq mətbuatına idarənin müdiri Əbu Əli Bəsri məlumat verib. O bildirib ki, terrorçu qruplaşma liderin evi ilə yanaşı, şiələrin müqəddəs məkanları olan Kufə Məscidi, Kərbəla, Bəsrə və Samirəyə də hücum etməyi planlaşdırıb. Əli Bəsri İŞİD-in xarici ölkələrdən gətirdiyi lider komandasının bombalı avtomobillər və kamikadzelər vasitəsilə terror hücumları həyata keçirəcəyini ehtimal etdiyini deyib.
Kəşfiyyat qruplarının apardığı məxfi əməliyyatlar sayəsində İŞİD-in sui-qəsd planlarının həyata keçirilməsinin qarşısını alınıb. Sui-qəsdlərin planlarının hazırlandığı bölgələr təhlükəsizlik qüvvələri təərfindən hava hücumları ilə bombardman edilib. Publika.az