Azərbaycan İndoneziyada təbliğ olundu

Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin İndoneziyaşünaslıq ixtisasının IV kurs tələbəsi Gülnar Babazadə İndoneziya İncəsənəti və Mədəniyyəti Təqaüd Proqramı çərçivəsində İndoneziyanın Bali əyalətinin Denpasar şəhərində təcrübə keçir. Universitetdən “Olaylar” – a bildirilib ki, Gülnar Babazadənin buradakı fəaliyyəti yalnız İndoneziya dilini, Bali mədəniyyəti və incəsənətini öyrənməklə məhdudlaşmır. O, müxtəlif tədbirlərdə iştirak edərək Azərbaycan mədəniyyətini İndoneziyada təbliğ etmək üçün də təşəbbüs göstərir.

Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin İndoneziyaşünaslıq ixtisasının IV kurs tələbəsi Gülnar Babazadə İndoneziya İncəsənəti və Mədəniyyəti Təqaüd Proqramı çərçivəsində İndoneziyanın Bali əyalətinin Denpasar şəhərində təcrübə keçir.

Universitetdən "Olaylar" - a bildirilib ki, Gülnar Babazadənin buradakı fəaliyyəti yalnız İndoneziya dilini, Bali mədəniyyəti və incəsənətini öyrənməklə məhdudlaşmır. O, müxtəlif tədbirlərdə iştirak edərək Azərbaycan mədəniyyətini İndoneziyada təbliğ etmək üçün də təşəbbüs göstərir.  Surabaya şəhərində keçirilmiş Həcc və Ümrə Beynəlxalq Turizm Sərgisi - "Amphuri Islamic Travel Expo"da ölkəmizi təmsil edib. İştirakçılara Azərbaycanın coğrafi mövqeyi, mədəniyyəti və təbiəti haqqında İndoneziya dilində geniş məlumat verərək, ölkəmiz haqqında qısa videoçarx təqdim edib və sonda "Uzundərə" rəqsini ifa edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31