İranlı zəvvarlar birillik fasilədən sonra Həcc ziyarətinə gedəcək

İranlı zəvvarlar birillik fasilədən sonra bu il Həcc ziyarətini həyata keçirəcək. Bu barədə İranın Həcc və zəvvarlıq təşkilatının rəhbəri Nəsrulla Fərəhmənd deyib. Onun sözlərinə görə, bu il 90 minə yaxın iranlı zəvvarın Həccə gedəcəyi gözlənilir.

Qeyd edək ki, rəsmi Tehran 2016-cı ilin Həcc ziyarətini boykot etmişdi. Buna 2015-ci ildə Mina dağı yaxınlığında baş verən izdiham nəticəsində əksəriyyəti iranlı olmaqla yüzlərlə insanın ölümü səbəb olmuşdu. İran Səudiyyə Ərəbistanını zəif təşkilatçılıqda ittiham etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31