"Azərbaycan dövləti sosial müdafiəyə ehtiyacı olanlara öz yardımını göstərir"

"Azərbaycanda həyata keçirilən sosial siyasətin bir neçə istiqaməti var və bu siyasət insanların keyfiyyətli həyat sürməsinə yönəlib". Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Musa Quliyev deyib.

"Azərbaycanda həyata keçirilən sosial siyasətin bir neçə istiqaməti var və bu siyasət insanların keyfiyyətli həyat sürməsinə yönəlib". Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Musa Quliyev deyib.

Azərbaycan BMT-nin İnsan İnkişafı İndeksinə görə, 200 dövlət arasında 70-ci yerlərdə dayandığını deyən deputat qeyd edib ki, bu göstəriciyə əhalinin sosial rifah halının ardıcıl şəkildə yaxşılaşması, pensiya təminatı, məşğulluğun təmini, yoxsulluğun aşağı salınması, mənzil təminatının yaxşılaşdırılması, təhsil və səhiyyə imkanlarının yaxşılaşdırılması ilə nail olunub:"Ölkəmizdə bütün vətəndaşların sosial təminat hüquqları təmin edilir. Yəni, vətəndaşlar işlə təmin olunur, dövlət hər bir kəsin sağlamlığına, təhsil almasına, sağlam mühitdə yaşamasına təminat verir".

M. Quliyev qeyd edib ki, Azərbaycanda eyni zamanda sosial müdafiəyə ehtiyacı olan insanlara dövlət öz yardımını göstərir: "Yəni, onlara ünvanlı sosial müavinətlər verilir, əməkdə, təhsildə, mədəniyyətdə və s. sahələrdə fərqlənənlərə Prezidentin xüsusi təqaüdü verilir. Bundan başqa dövlət tərəfindən əhalinin mənzil təminatının yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31