İŞİD "Russia Today" telekanalının müxbirini öldürdü

Russia Today (RT) televiziyası Suriyadakı müxbiri Xalid əl-Hatıbın İŞİD-in Homs vilayətinə təşkil etdiyi raketli hücumda həyatını itirdiyini açıqlayıb. RT ərəb televiziyanın internet saytında yayılan xəbərdə "Müxbirimiz Xalid əl-Xətib bu gün Homsun şərqindəki Əl-Suhna qəsəbəsi yaxınlığından Suriya ordusunun İŞİD-ə qarşı keçirdiyi əməliyyatla əlaqədar məlumat verdiyi zaman, terrorçuların təşkil etdiyi raket hücumunda dünyasını dəyişib" deyilib.

Bundan əlavə hücum zamanı telekanalın kameramanının yaralandığı da verilən məlumatlar arasındadır. Milli.az Milliyet-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31