Fransa idmançısı atıcılıq üzrə Avropa çempionatının qalibi olub
Bu gün Avropa çempionatında kişilər arasında 300 metr məsafəyə tüfənglə üç vəziyyətdə atəşaçma yarışının qalibi Fransa idmançısı olub. Fransalı Raynaud Alexis 1167 xalla qızıl medal qazanıb.
31 İyul 2017 15:35 İdmanBu gün Avropa çempionatında kişilər arasında 300 metr məsafəyə tüfənglə üç vəziyyətdə atəşaçma yarışının qalibi Fransa idmançısı olub. Fransalı Raynaud Alexis 1167 xalla qızıl medal qazanıb.
Yarışda ikinci və üçüncü yerləri müvafiq olaraq Macarıstan atıcıları Peni İstvan (1163 xal) və Sidi Peter (1161 xal) tutublar.
Qeyd edək ki, bu gün Bakı Atıcılıq Mərkəzində atıcılıq üzrə Avropa çempionatının yarışlarının güllə-stend atıcılığı üzrə 11-ci günü start götürüb. Kişilər arasında 300 metr məsafədən 3 vəziyyətdə tüfəngdən atəş açma, kişilər arasında 25 metr məsafədən iriçaplı tapancadan atəş açma və 300 metr məsafədən tüfəngdən atəş açma üzrə qarışıq yarışlar keçirilir. Bundan əlavə, kişilər və qadınlar, yeniyetmə oğlanlar və qızlar arasında stend atıcılığı üzrə yarışlar keçirilir.
Bakıda atıcılıq üzrə Avropa çempionatı iyulun 22-də başlayıb və avqustun 3-nə qədər davam edəcək. Trend.az