Tayvanda qasırğadan xəsarət alanların sayı artır - 131 nəfər
Son sutka ərzində Tayvanda "Nesat" və "Haitang" qasırğalarından xəsarət alanların sayı artmaqdadır. Adanın müxtəlif rayonlarında 131 nəfər xəsarət alıb, 1 nəfər isə itkin düşüb.
31 İyul 2017 15:29 DünyaSon sutka ərzində Tayvanda "Nesat" və "Haitang" qasırğalarından xəsarət alanların sayı artmaqdadır. Adanın müxtəlif rayonlarında 131 nəfər xəsarət alıb, 1 nəfər isə itkin düşüb.
Qasırğa aramsız yağışlarla müşayiət olunub ki, bu da bir çox ərazilərdə sürüşmə təhlükəsi yaradıb. 279 yaşayış məntəqəsi su altında qalıb. Qasırğa adanın ektrik enerjisi ilə təchizatında da problemlər yaradıb. Çox sayda avtomobilə ziyan dəyib. Yerli hökumət nümayəndəsinin verdiyi məlumata görə, təkcə kənd təsərrüfatına dəyən ziyan 5,8 milyon dollar təşkil edib. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31