Ermənistan əhalisinin sayı 15,2 min azalıb

Ermənistan əhalisinin sayı 15,2 min nəfər azalıb. Bu barədə Ermənistan Milli Statistika Xidməti məlumat yayıb. Məlumata əsasən 2017-ci il iyulun 1-də Ermənistan əhalisinin sayı 2 milyon 979 min 9 nəfər təşkil edib.

Ermənistan əhalisinin sayı 15,2 min nəfər azalıb. Bu barədə Ermənistan Milli Statistika Xidməti məlumat yayıb. Məlumata əsasən 2017-ci il iyulun 1-də Ermənistan əhalisinin sayı 2 milyon 979 min 9 nəfər təşkil edib. Bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 15,2 min nəfər azdır. Bundan əlavə, Ermənistanda 2017-ci ilin ilk 6 ayında doğulanların sayı 6,6 faiz azalaraq, 17 min 169 nəfər olub. Bu müddət ərzində ölənlərin sayı 2,1 faiz artaraq, 14 min 709 nəfər təşkil edib. AzVision.az "News.am"-a istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31