5 nəfərin öldürüldüyü yerdən - İlk FOTOLAR

Hacıqabulda 5 nəfərin ölümü ilə nəticələnən silahlı insidentin baş verdiyi yerdən fotolar yayılıb. Fotolar sosial şəbəkələrdə paylaşılıb. Məlumat üçün bildirək ki, Rusiyada yaşayan Mübariz Mehdiyev  Hacıqabul şəhəri Bayram İbrahimov küçəsində yerləşən Qəmbərovların evinə silahlı basqın edib.

Hacıqabulda 5 nəfərin ölümü ilə nəticələnən silahlı insidentin baş verdiyi yerdən fotolar yayılıb. Fotolar sosial şəbəkələrdə paylaşılıb. Məlumat üçün bildirək ki, Rusiyada yaşayan Mübariz Mehdiyev  Hacıqabul şəhəri Bayram İbrahimov küçəsində yerləşən Qəmbərovların evinə silahlı basqın edib.  O, odlu silahdan atəş açaraq 5 nəfəri öldürüb, 1 nəfəri isə ağır yaralayıb. Öldürülənlər bir ailənin üzvləri olublar. Bunlar Namiq və Nazim Məmməd oğlu Qəmbərovlar, həmçinin Gülbağda və Almara Məmməd qızı Qəmbərovalardır. Ailə üzvlərindən biri-Məhəmməd Qəmbərov yaralı vəziyyətdə Hacıqabul Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törədən Mübariz Mehdiyevin isə polis tərəfindən zərərsizləşdirildiyi bildirilir. İlkin məlumata görə, basqınçının ailə üzvləri ilə Qəmbərovlar arasında Rusiyada müəyyən səbəbdən anlaşılmazlıq baş verib. Buna görə də Mübariz Mehdiyev Qəmbərovların Hacıqabuldakı evlərinə hücum edərək onları güllələyib. BakuPost.az

Azeuronews adlı şəxsin şəkli.

Azeuronews adlı şəxsin şəkli.

Azeuronews adlı şəxsin şəkli.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31