"Məşhurların açıq-saçıq geyimələrə daha çox müraciət etmələrinə səbəb nədir?"- SORĞU

Hazırda yay mövsümü olduğu üçün və ya müxtəlif səbəblərə görə insanlar daha çox açıq-saçıq geyimlərə üstünlük verirlər. Adi vətəndaşlarla yanaşı şou-biznes nümayəndələri də yarıçılpaq paltarlar geyinməyi sevirlər.

Hazırda yay mövsümü olduğu üçün və ya müxtəlif səbəblərə görə insanlar daha çox açıq-saçıq geyimlərə üstünlük verirlər. Adi vətəndaşlarla yanaşı şou-biznes nümayəndələri də yarıçılpaq paltarlar geyinməyi sevirlər.

"Məşhurların açıq-saçıq geyimələrə daha çox müraciət etmələrinə səbəb nədir?" sualı altında sorğu keçirdik.

Sorğunu təqdim edirik:

Aparıcı-prodüser Vüsalə Kərimova: "Açıq-saçıq libaslar geyinən məşhur xanımlarımıza qarşı pis münasibətdə deyiləm. Yəqin ki, yaraşır, onlarda geyinir".

Aktrisa-aparıcı Ülviyyə Əliyeva: "Fikrimcə, mədəniyyət və incəsənət adamları çərçivədən kənara çıxmamaq şərti ilə normal paltarlar geyinirlər. İnanın indi şou-biznes nümayədələri kənarda qalıb, məşhur olmayan xanımlar bədənlərini nümayiş etdirirlər. Sadəcə olaraq məşhur xanımların adları çıxıb. Bizi geyimlərimizə görə sosial şəbəkələrdə qınaq obyektinə çevirənlərə də demək istəyirəm ki, şəxsi həyatımızdı özümüz bilərik. Necə istəyirik elə də geyinərik".

Müğənni-aktrisa Kübra Hüseynova: "Tanınmış xanımlar gündəmdə olmaq üçün soyunurlar. Mənim özüm də sərbəst geyinməyi sevən sənətçilərdənəm. Sadəcə olaraq harada, necə geyinməyimi bilirəm".

Rəqqasə Ayla Nur: "Qısa və ya açıq-saçıq geyinən tanınmış simaların müxtəlif məqsədləri ola bilər. Belə ki, bəziləri görünüşü gözəl olmadığına görə, yarıçılpaq geyinərək insanları özlərinə cəlb etmək istəyirlər və ya belə paltarları sevdikləri üçün geyinirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31