Güləşçilərin etirazını qəbul etmirəm

Kikboksinq Federasiyasının idmançıları Azərbaycanın bayrağını illərdir yüksək kürsülərdə dalğalandırırlar amma heç vaxt pul davası döymürlər". “OLAYLAR” -ın xəbərinə görə, bu fikirləri AKF-nin vitse-prezidenti Arzuman Abdulkərimov güləşçilərin etiraz aksiyası keçirməsinə münasibət bildirərkən səsləndirib.

Kikboksinq Federasiyasının idmançıları Azərbaycanın bayrağını illərdir yüksək kürsülərdə dalğalandırırlar amma heç vaxt pul davası döymürlər". "OLAYLAR" -ın xəbərinə görə, bu fikirləri AKF-nin vitse-prezidenti Arzuman Abdulkərimov güləşçilərin etiraz aksiyası keçirməsinə münasibət bildirərkən səsləndirib. O, qeyd edib ki, güləşçilərin bu formada etiraz etməsi onun üçün gözlənilməz olub: "Təqdir etmirəm. Çünki ölkənin digər federasiyaları ilə müqayisədə ən çox diqqət göstərilən federasiya məhz AGF dir.Bu öz yerində. Mən məsələnin digər tərəfinə diqqət çəkmək istərdim. Bu aksiyadan dərhal sonra, Avropada yaşayan, ermənilərin dəyirmanına su tökən, Azərbaycan əleyhinə iş aparan bəzi" azərbaycanlılar" dərhal hərəkətə keçərək dövlətimizi hədəfə aldılar. Zamanında dövlətimiz, bayrağımız, millətimiz uğruna ölərik deyən idmaçılarımız anti Azərbaycan mövqeli insanların əlinə növbəti fürsət vermiş oldular. Məncə hər şey pulla olçülmür. Yüzlərlə idmançımız haqda misal çəkmək olar ki, uzun illərdir Azərbaycanın bayrağını yüksək kürsülərdə dalğalandırırlar, amma heç vaxt pul davası döymürlər. Əyani olaraq Azərbaycan Kikboksinq Federasiyasının idmançılarını göstərə bilərəm
Budur əsl vətənpərvərlik. Bir hərəkəti etməzdən öncə, onun Dövlətimiz üçün hansı fəsadlar verəcəyini düşünmək lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31