Arsen Venqer: "Özilin müqaviləsini yeniləməməsi məni narahat etmir"

"Arsenal"ın baş məşqçisi Arsen Venqer müqaviləsi başa çatan futbolçulara görə narahatlıq keçirmədiyini bildirib. Təcrübəli mütəxəsis bunu "ideal situasiya" olaraq qiymətləndirib və səbəblərini izah edib. "6 futbolçunun müqaviləsi növbəti yay başa çatır. Bu, problem deyil. Məncə, ideal situasiyadır. Çünki onların hər biri tam gücü ilə çalışmalıdır. Özilin müqaviləsini yeniləməməsi məni narahat etmir. Gələcəkdə belə şeyləri daha çox görəcəksiniz. Səbəb? Normal futbolçuların belə transfer qiyməti o qədər yüksəkdir ki, heç bir klub tələb olunan pulu ödəmək istəmir. Ona görə səviyyəli futbolçular müqavilə müddəti başa çatana qədər klub dəyişməyəcək. Növbəti 10 iildə bu tendensiya adi hala çevriləcək.

Futbolçu müqaviləsinin son gününə kimi yüksək səviyyədə oynamalıdır. Anlaşmanın bitməsinə 1-2 qalması fərq etməz. Həqiqətən, düşünürsüz ki, onlar paltardəyişmə otağında oturub : "Bir ilim qalıb, bu gün yaxşı oynamayacam" - deyirlər? Bu, hardan çıxdı? Nə vaxt gedəcəyindən asılı olmayaraq, yaxşı oynamaq istəyirsən".

Venqer bu yay "topçular"dan getməsi gündəmdə olan Aleksis Sançez barədə də danışıb. "Azarkeşlər Sançezin getməsindən qorxursa, mən nə edə bilərəm? Bir gün Aleksis gedəcək və "Arsenal" da yoluna davam edəcək. Hamımız nə vaxtsa gedəcəyik, "Arsenal" isə qalacaq". Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31