Türkiyədə müxalif deputat saxlanılıb
Türkiyənin Batman vilayətində müxalif Xalqların Demokratik Partiyasının (HDP) millət vəkili Ayşə Acar Başaran saxlanılıb. Polis onu Batman hava limanında Ankaraya yola düşərkən saxlayıb. Onun saxlanmasının səbəbi kimi məhkəmədə şahid qismində ifadə verməkdən imtina etməsi göstərilir.
31 İyul 2017 12:43 DünyaTürkiyənin Batman vilayətində müxalif Xalqların Demokratik Partiyasının (HDP) millət vəkili Ayşə Acar Başaran saxlanılıb. Polis onu Batman hava limanında Ankaraya yola düşərkən saxlayıb. Onun saxlanmasının səbəbi kimi məhkəmədə şahid qismində ifadə verməkdən imtina etməsi göstərilir.
Qeyd edək ki, hazırda HDP-nin 11 millət vəkili, o cümlədən partiyanın həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksekdağ həbsdədirlər. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31