Rusiya ilə ABŞ-ın Koreya arzusu

“Rusiya Koreya yarımadasının nüvə silahlarından təmizlənməsi problemini sülh yolu ilə həll etmək üçün Amerika Birləşmiş Ştatları ilə işbirliyi etməyə hazırdır”. Bu sözləri Rusiyanın xarici işlər nazirinin köməkçisi Sergey Ryabkov deyib. O, bildirib ki, Rusiya ABŞ-ın hazırkı rəhbərliyi, xarici işlər naziri Reks Tillerson və komandasındakı hər kəslə birlikdə işlər görməyə hazırdır: “ABŞ və müttəfiqləri mövcud vəziyyətin daha da gərginləşməməsi üçün addım atmalıdır. Düşünürəm ki, bu mövzudakı işbirliyimiz rəsmi Pyonqyanq tərəfinin də diqqətini çəkəcək.

"Rusiya Koreya yarımadasının nüvə silahlarından təmizlənməsi problemini sülh yolu ilə həll etmək üçün Amerika Birləşmiş Ştatları ilə işbirliyi etməyə hazırdır". Bu sözləri Rusiyanın xarici işlər nazirinin köməkçisi Sergey Ryabkov deyib. O, bildirib ki, Rusiya ABŞ-ın hazırkı rəhbərliyi, xarici işlər naziri Reks Tillerson və komandasındakı hər kəslə birlikdə işlər görməyə hazırdır: "ABŞ və müttəfiqləri mövcud vəziyyətin daha da gərginləşməməsi üçün addım atmalıdır. Düşünürəm ki, bu mövzudakı işbirliyimiz rəsmi Pyonqyanq tərəfinin də diqqətini çəkəcək.

Nyu-Yorkda, Birləşmiş Millətlərin Təhlükəsizlik Şurasında birlikdə işlər görərək həll yolu tapacağımızı ümid edirik. Vaşinqton ilə bu mövzuda dialoq müzakirələrini davam etdirəcəyik. Çünki bu problem çox ciddidir və təhlükə daşıyır". Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31