Fransalı məşqçi Türkiyə millisinə gələ bilər
"PSJ"nin sabiq baş məşqçisi Loran Blan Türkiyə millisinə rəhbərlik edə bilər. 51 yaşlı mütəxəsis artıq Türkiyə Futbol Federasiyasından təklif alıb. Mənbənin məlumatına görə, ötən həftə TFF prezidenti Yıldırım Demirören Parisdə fransalı mütəxəsislə danışıqlar aparıb. Yerli məşqçilərdən isə Mustafa Denizli bu posta əsas namizədlərdən biridir. Blan 2016-cı ilin yayından bəri işsizdir.
31 İyul 2017 11:42 İdman"PSJ"nin sabiq baş məşqçisi Loran Blan Türkiyə millisinə rəhbərlik edə bilər. 51 yaşlı mütəxəsis artıq Türkiyə Futbol Federasiyasından təklif alıb. Mənbənin məlumatına görə, ötən həftə TFF prezidenti Yıldırım Demirören Parisdə fransalı mütəxəsislə danışıqlar aparıb. Yerli məşqçilərdən isə Mustafa Denizli bu posta əsas namizədlərdən biridir. Blan 2016-cı ilin yayından bəri işsizdir.
Türkiyə millisi 2018 DÇ seçmə mərhələsində yer aldığı qrupda Xorvatiya və İslandiyadan sonra 3-cü pillədədir. Goal.az