Atatürkün büstünə hücum etdilər

Türkiyənin Şanlıurfa əyalətində Mehmet Malbora adlı şəxs Mustafa Kamal Atatürkün heykəlinə oraq aləti ilə zərər verməyə çalışıb. "Olaylar" "Miliyyet" - ə istinadən bildirir ki, səyyar satışla məşğul olan Mehmet İslam dini qaydalarında bütpərəstliyə yer olmadığını səbəb gətirərək Atatürkün heykəlini parçalamaq istəyib. O, heykəlin yanına çıxaraq “Dinimizdə bütpərəstliyə yer yoxdur. Bütpərəstliyə sahib çıxanlar peyğəmbərin soyundan deyil”-, deyə qışqırıb.

Türkiyənin Şanlıurfa əyalətində Mehmet Malbora adlı şəxs Mustafa Kamal Atatürkün heykəlinə oraq aləti ilə zərər verməyə çalışıb. "Olaylar" "Miliyyet" - ə istinadən bildirir ki, səyyar satışla məşğul olan Mehmet İslam dini qaydalarında bütpərəstliyə yer olmadığını səbəb gətirərək Atatürkün heykəlini parçalamaq istəyib.

O, heykəlin yanına çıxaraq "Dinimizdə bütpərəstliyə yer yoxdur. Bütpərəstliyə sahib çıxanlar peyğəmbərin soyundan deyil"-, deyə qışqırıb.

Dərhal hadisə yerinə gələn təhlükəsizlik qüvvələri  Mehmeti heykəldən uzaqlaşdırıb və polisə təslim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31