Masallıda qəza: sürücü öldü

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı-Yardımlı magistral yolunun 16-cı kilometrliyində Masallı rayon ərazisində “Mercedes” markalı minik avtomobilinin idarəetməni itirərək dərədən aşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı-Yardımlı magistral yolunun 16-cı kilometrliyində Masallı rayon ərazisində "Mercedes" markalı minik avtomobilinin idarəetməni itirərək dərədən aşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1973-cü il təvəllüdlü Qulu Məmmədov Özüxan oğlunun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 19:33-də başa çatıb. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31