Şəkidə seminar-müşavirə
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Şəki şəhəri İcra hakimiyyətində “Meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması və yanğınlara qarşı mübarizə tədbirlərinin gücləndirilməsi” mövzusunda seminar-müşavirə keçirilib. Nazirlikdən "Olaylar" - a bildirilib ki, tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyi Yanğın Nəzarəti Xidmətinin və Şəki Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon yerli icra hakimiyyətləri orqanlarının və meşə əraziləri ilə həmsərhəd olan bələdiyyələrin, kənd təsərrüfatı idarələrinin nümayəndələri iştirak edib.
30 İyul 2017 09:33 SosialEkologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Şəki şəhəri İcra hakimiyyətində "Meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması və yanğınlara qarşı mübarizə tədbirlərinin gücləndirilməsi" mövzusunda seminar-müşavirə keçirilib.
Nazirlikdən "Olaylar" - a bildirilib ki, tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyi Yanğın Nəzarəti Xidmətinin və Şəki Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon yerli icra hakimiyyətləri orqanlarının və meşə əraziləri ilə həmsərhəd olan bələdiyyələrin, kənd təsərrüfatı idarələrinin nümayəndələri iştirak edib.
Müşavirədə meşələrin ümumi vəziyyəti, yanğınların baş vermə səbəbləri, meşə yanğınlarından yaranan itkilər, habelə meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması barədə məruzələr edilib, elektron təqdimatlar nümayiş olunub, aidiyyəti qurumların, meşə əraziləri ilə həmsərhəd olan kəndlərin ərazi icra nümayəndələri və bələdiyyə əməkdaşları ilə qarşılıqlı fikir mübadiləsi aparılıb.