Uşaqların anaları tapıldı

Bir ay əvvəl öz nənələri tərəfindən küçədə tərk edilən 3 uşağın anası Kərimova Xəyalə artıq tapılıb. Ana Azərbaycan Uşaqlar Birliyi Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə gəlib və orada ərizəsi alınıb. Maraqlıdır ki, nənə öz qızını qız isə anasını günahkar sayır. Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sədr müavini Vasif Akiflinin “Olaylar” – a verdiyi məlumata əsasən həmin gündən uşaqları küçədə sahibsiz atan nənə və ana ilə bağlı axtarışlar davam edirilidi. “Ağsu rayon Polis Şöbəsi, İcra hakimiyyəti, televiziya və KİV  ilə birgə apardığımız işin nəticəsi olaraq artıq ana taplıb və sığınacağa gətirildi. 7 ayda bir dəfə də olsun uş uşaqlarından xəbəri olmayan "ana"nın göz yaşı mənə inandırıcı belə gəlmir!” – deyə, vasif bəy qeyd edib.

Bir ay əvvəl öz nənələri tərəfindən küçədə tərk edilən 3 uşağın anası Kərimova Xəyalə artıq tapılıb. Ana Azərbaycan Uşaqlar Birliyi Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə gəlib və orada ərizəsi alınıb. Maraqlıdır ki, nənə öz qızını qız isə anasını günahkar sayır.

Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sədr müavini Vasif Akiflinin "Olaylar" - a verdiyi məlumata əsasən həmin gündən uşaqları küçədə sahibsiz atan nənə və ana ilə bağlı axtarışlar davam edirilidi. "Ağsu rayon Polis Şöbəsi, İcra hakimiyyəti, televiziya və KİV  ilə birgə apardığımız işin nəticəsi olaraq artıq ana taplıb və sığınacağa gətirildi. 7 ayda bir dəfə də olsun uş uşaqlarından xəbəri olmayan "ana"nın göz yaşı mənə inandırıcı belə gəlmir!" - deyə, vasif bəy qeyd edib.
Ananın gəlişi ilə bağlı artıq Ağsu Polis Şöbəsinə məlumat verilib. Sabah da nənəni sığınacağa gələcəyi bildirilib. Təəssüf ki, atadan hələ də xəbər yoxdur.

Vasif Akifli Uşaqları küçədə sahibsiz qoyub gedən nənə və "çox pis vəziyyətdə idim, anama verib getmişdim deyən" ana ilə bağlı rəsmi olaraq məhkəməyə müraciət ediləcəyini bildirdi.

Qeyd edək ki, azyaşlı uşaqlar iyulun 2-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşaları tərəfindən yol kənarında tapılmış və Reinteqrasiya Mərkəzinə yerləşdirilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31