Mühacir şairin şeir toplusu təqdim edildi

AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilati dəstəyilə Güney Azərbaycan mühacir şairi Hadi Qaraçayın “Barışa inanma, Fərihcəm” adlı kitabının təqdimatı keçirilib. Kitabxanadan "Olaylar" - a bildirilib ki, kitabın ön sözünün müəllifi, tərtib edəni və nəşrə hazırlayanı, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Güney Azərbaycan ədəbiyyatının, Məhəmmədhüseyn Şəhriyar poeziyasının araşdırıcısı, müxtəlif elmi qurumlarının üzvü Esmira Fuad əvvəlcə müəllif haqqında məlumat verib. Hadi Qaraçayı Güney Azərbaycanda və bütün Türk dünyasında tanınıb sevilən şair, milli ruhun daşıyıcısı kimi xarakterizə etdi.

AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilati dəstəyilə Güney Azərbaycan mühacir şairi Hadi Qaraçayın "Barışa inanma, Fərihcəm" adlı kitabının təqdimatı keçirilib. Kitabxanadan "Olaylar" - a bildirilib ki, kitabın ön sözünün müəllifi, tərtib edəni və nəşrə hazırlayanı, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Güney Azərbaycan ədəbiyyatının, Məhəmmədhüseyn Şəhriyar poeziyasının araşdırıcısı, müxtəlif elmi qurumlarının üzvü Esmira Fuad əvvəlcə müəllif haqqında məlumat verib. Hadi Qaraçayı Güney Azərbaycanda və bütün Türk dünyasında tanınıb sevilən şair, milli ruhun daşıyıcısı kimi xarakterizə etdi.

İsveçdə fəaliyyət göstərən Güney Azərbaycan Konqresi (GAK) başqanı Abdulla Amir Haşimi, Yazıçılar Birliyinin Cənubi Azərbaycan bölməsinin sədri Sayman Aruz, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun

əməkdaşları Cavanşir Yusifzadə, Qürbət Mirzəzadə, Aygün Bağırlı, Qumru Şəhriyar, Sakibə Ələsgərova, şairlərdən Zəkulla Bayramlı, Mənzər Nigarlı, Kəmalə Abıyeva müəllif və kitab haqqında düşüncələrini bölüşüb, onu çağdaş dövrün dəyərli qələm sahibi, ağ, modern şeirin ustadı adlandırıblar. Çağdaş Güney Azərbaycan poeziyasını yaradanlardan, ədəbiyyatımızın qüdrətli nümayəndələrindən biri, son dərəcə dərin poetik duyuma, intellektə sahib bir şair kimi ona gələcək yaradıcılığında uğurlar diləyiblər.

Qeyd edək ki, taleyinə mühacirlik həyatı yazılan Hadi Qaraçay 1966-cı ildə Güney Azərbaycanın Suyari kəndində doğulub. İlk və orta təhsilini Ələmdar şəhərində fars dilində alıb. Ali təhsil almaq məqsədilə öncə Təbrizə, daha sonra vətənin bu tayına Quzey Azərbaycana üz tutan şair hal-hazırda Norveçin Sadnes şəhərində yaşayır. "Barışa inanma Fərihcəm" kitabı yaradıcılığını ana vətəninə, ana dilinə, xalqın taleyinə kökləyən müəllifin sayca 4-cü kitabıdır. Kitabda Hadi Qaraçayın "Mənim otuz yaşıma, yurdumun bayraqsız başına şeir", "And", "Sürülmüş torpağın nağılı", "Sonuncu boy", "Sürgünlük" kimi ən son şeirləri və Azərbaycan tarixinə poetik baxış sərgiləyən "Sonsuzluq poeması" və ədəbi-tənqidi məqalələri yer alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31