"Roma" prezidenti: "A Seriyasında dəli olan yeganə klub "Milan"dır"

"Roma"nın prezidenti Ceyms Palotta bu yay yeni futbolçulara 210 milyon avro sərf edən "Milan"ın transfer siyasətini tənqid edib. Amerikalı biznesmen bunları deyib: "UEFA-nın "Fiancial Fair play" qaydaları ucbatından bizdə qarışıqlıq hökm sürür. Nəzə almaq lazımdır ki, əvvəlki rəhbərlikdən qalan borcarı biz ödəməli olmuşuq.

"Roma"nın prezidenti Ceyms Palotta bu yay yeni futbolçulara 210 milyon avro sərf edən "Milan"ın transfer siyasətini tənqid edib. Amerikalı biznesmen bunları deyib: "UEFA-nın "Fiancial Fair play" qaydaları ucbatından bizdə qarışıqlıq hökm sürür. Nəzə almaq lazımdır ki, əvvəlki rəhbərlikdən qalan borcarı biz ödəməli olmuşuq. "Milan"a qalanda isə başqa şeylər görürük. Birincisi, çinlilərin klubu satın alması üçün kifayət qədər pulu yox idi. Onlar Londonda yaşayan tanışlarımdan böyük faizlə 300 milyon avro borc götürüblər. İndi onlar pulları transferlərə sərf edirlər. Gec-tez lazımi xərcləri ödəmək vaxtı gələcək. Onlarr deyir ki, bunu klubun Çempionlar Liqasına düşməsi üçün edirlər. Amma bu kifayət olmayacaq. Futbolçuların məvacibi gəlirlə eyni olanda nə yol tapacaqlar, bilmirəm. A Seriyasında dəli olan yeganə klub "Milan"dır. Bəlkə də, onların möhtəşəm biznes-planı var və bunu gələcəkdə anlayacağıq. Lakin başqaları daha rasional davranmağa üstünlük verirlər. Kimsə mənə "Milan"ın strategiyasını anlatsın. Yoxsa heç nə başa düşə bilmirəm". Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31