Çap mediada gənclərin iştirakına həsr edilmiş dəyirmi masa

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Humanitar Araşdırmalar İctimai Birliyi “Mətbuatda və sosial mediada milli-mənəvi dəyərlərin qorunması” adlı layihə çərçivəsində “ Çap mediada gənclərin iştirakı: əsas istiqamətlər və maraq dairələri” mövzusunda Beynəlxalq Mətbuat Mərkəzində dəyirmi masa keçirib. Dəyirmi masada millət vəkilləri, alimlər, jurnalistlər və gənclər iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Humanitar Araşdırmalar İctimai Birliyi "Mətbuatda və sosial mediada milli-mənəvi dəyərlərin qorunması" adlı layihə çərçivəsində " Çap mediada gənclərin iştirakı: əsas istiqamətlər və maraq dairələri" mövzusunda Beynəlxalq Mətbuat Mərkəzində dəyirmi masa keçirib. Dəyirmi masada millət vəkilləri, alimlər, jurnalistlər və gənclər iştirak ediblər.

Dəyirmi masanı giriş sözü ilə açan İctimai Birliyin sədri Nurlanə Mustafayeva vurğulayıb ki, dövlət müstəqilliyinin bərpa edilməsindən, xüsusən 1993-cü ildə Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanılması, inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılması üçün böyük işlər görülmüşdür. Milli-mənəvi dəyərlərin qorunması dövlət siyasətinin başlıca elementlərindən birinə çevrilmişdir.

Müasir dünyada gedən qloballaşma proseslərinin və xarici təsirlərin altında bəzi gənclərdə kosmopolit baxışlar artır və milli-mənəvi dəyərlər arxa plana keçir. Belə bir şəraitdə əsas vəzifələrimizdən biri millətimizin  minilliklərdən keçib-gələn  milli-mənəvi dəyərlərinə sahib çıxılması, qorunub saxlanılması və inkişaf etdirilməsidir. Bu işdə Azərbaycan gəncliyinin üzərinə böyük vəzifələr düşür. Ən böyük milli-mənəvi dəyərlərimizdən biri millətimizi tək millət, tək bayraq, tək dövlət, tək ölkə ətrafında bərabər şəkildə birləşdirən ümumi ideologiyamız olan Azərbaycançılıqdır. Bu ideologiya etnik mənsubiyyətindən, dinindən, dilindən, irqindən və sosial mənşəyindən asılı olmayaraq bütün ölkə vətəndaşlarını ümumi vətən naminə birləşdirir. Lakin bəzən sosial şəbəkələrdə xalqımızın milli-mənəvi dəyərlərinə yad olan məsələlərin yayılmasına rast gəlinir. Ölkəmizdə kütləvi informasiya vasitələri üzərində senzuranın və qadağaların olmadığı bir şəraitdə  bu vəziyyətin davam etməsi milli-mənəvi dəyərlərdə aşınmaya gətirib çıxara bilər.

Daha sonra tarixi romanlar müəllifi, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz mövzuyla bağlı geniş məruzəylə çıxış etdi. İştirakçıların suallarına cavablar verildi və maraqlı müzakirələr keçirildi.

Sonda layihənin eksperti millət vəkili Musa Qasımlı çıxış edərək layihəni mətbuatda ve mediada işıqlandırdıqları üçün "Kaspi" qəzetinə və "Xəzər" televiziyasına xüsusi təşəkkür etdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31