Yunanıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

Xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqası diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, D.Tsounqas diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və Azərbaycan və Yunanıstan arasında mövcud olan dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəmədiyini vurğulayıb.

E.Məmmədyarov səfirə gələcək fəaliyyətində uğurlar arzu edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31