Azərbaycan inkişaf etmiş sosial dövlətə çevrilib

Dünya ölkələrində iqtisadi katakilizmin hökm sürməsinə baxmayaraq Azərbaycanda sosial layihələrin icrası davam etdirilir. Beynəlxalq aləmdə maliyyə böhranı tüğyan etdiyi bir məqamda ölkəmizdə nəzərdə tutulan bütün sosial proqramlar icra edilmişdir. Baxmayaraq ki, beynəlxalq alımdə yaranmış vəziyət Azərbaycana da təsirsiz ötüşmür, amma hələlik bir dənə də olsun sosial proqram təxirə salınmayıb. Əksinə, ölkədə maaşlar, pensiyalar, sosial müavinətlər mütəmadi olaraq artırılır. Məhz bu kimi tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial siyasətinin əsasını təşkil edir. Etiraf edilməlidir ki, son on ildə ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət uğurlu olub. Dünya bazarında neftin qiymətinin dörd dəfə aşağı düşməsinə baxmayaraq Azərbacanda manatın məzənnəsinin sabit saxlanmasına nail olunub.

Həyata keçirilən layihələr əhalinin sosial rifahına xidmət edir

Dünya ölkələrində iqtisadi katakilizmin hökm sürməsinə baxmayaraq Azərbaycanda sosial layihələrin icrası davam etdirilir. Beynəlxalq aləmdə maliyyə böhranı tüğyan etdiyi bir məqamda ölkəmizdə nəzərdə tutulan bütün sosial proqramlar icra edilmişdir. Baxmayaraq ki, beynəlxalq alımdə yaranmış vəziyət Azərbaycana da təsirsiz ötüşmür, amma hələlik bir dənə də olsun sosial proqram təxirə salınmayıb. Əksinə, ölkədə maaşlar, pensiyalar, sosial müavinətlər mütəmadi olaraq artırılır. Məhz bu kimi tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial siyasətinin əsasını təşkil edir. Etiraf edilməlidir ki, son on ildə ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət uğurlu olub. Dünya bazarında neftin qiymətinin dörd dəfə aşağı düşməsinə baxmayaraq Azərbacanda manatın məzənnəsinin sabit saxlanmasına nail olunub.

O da faktdır ki, Azərbaycan Respublikasında həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində əhalinin sosial rifahının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilmiş və mühüm uğurlar əldə olunmuşdur. Sosial məsələlərin həlli ilə bağlı ölkədə çoxsaylı dövlət proqramları, böyük layihələr həyata keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı, həmin sənədlərə çoxsaylı əlavələr qəbul olunmuş və icra edilmişdir. Məhz sözügedən layihələr və Dövlət Proqramlarının icrası nəticəsidə Azərbaycanda işsizliyin səviyyəsi minimuma endirilib. Sosial layihələrin icrası nəticəsində ölkədə minlərlə yeni müəssisə yaradılmış, 1.5 milyondan artıq yeni iş yeri açılmışdır. Nəticədə son 14 il ərzində yoxsulluğun səviyyəsi 5 faizə enib.

Ölkədə həyata keçirilən sosial layihələr bununla bitmir. Azərbaycan vətəndaşının sosial rifahının yüksəlməsinə xidmət edən infrastruktur yaradılır, obyektlər inşaa edilir. Məlumat üçün qeyd edək ki, son illərdə ölkədə üç mindən çox məktəb, altı yüzdən çox tibb ocağı tikilmiş və ya əsaslı şəkildə təmir edilmişdir. Bölgələrdə 40-dan çox Olimpiya İdman Kompleksi, sosial və mədəniyyət obyektləri inşa edilmiş, şəhər və rayonlarda Heydər Əliyev Mərkəzi,  Gənclər Evi, Tarix Diyarşünaslıq Muzeyi, digər çoxsaylı sosial və mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilmiş, yeni parklar, istirahət mərkəzləri yaradılmış və s. tədbirlər həyata keçirilmişdir.

Paralel olaraq  ölkə əhalisinin bütün kommunal problemləri həllini tapıb. Belə ki, ölkənin sosial infrastruktururnun yaradılması da dövlətin diqqət mərkəzində olub. Belə ki, uzun illər qaz üzünə həsrət qalan kənd və rayonlarda qazlaşdırma aparılıb. Daha dəqiq, vaxtilə özünü qazla təmin edə biməyən ölkəmiz qazı xarici ölkələrdən alırdısa, indi Azərbaycan bir sıra inkişaf etmiş dövlətlərin enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu gün Azərbaycanda qazlaşdırma 92 faizə yaxınlaşır, bölgələrdə isə bütün şəhərlər 100 faiz qazlaşdırılıb. Hətta sovet dövründə heç vaxt qaz görməyən yerlərə də qaz xətləri çəkilir.

Eyni zamanda, son illər ərzində on min kilometrdən artıq yol çəkilib. Hansı ki, vaxtilə Azərbaycanın bir dənə də olsun magistral yolu yox idi. Artıqucqar kənd rayonlarına yeni yolların çəkilişi reallaşdırılır. Konkret olaraq 11 min kilometrdən çox avtomobil yolu tikilmiş, təkcə magistral və şəhərlərarası yollar deyil, həmçinin kəndlərarası yollar ən qabaqcıl standartlar səviyyəsində yenidən qurulmuşdur. Həmçinin içməli su layihələri bir çox şəhərlərdə icra edilib, indi vətəndaşlara 24 saat fasiləsiz təmiz, beynəlxalq standartlara, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir. Regionlardan Bakıya yeni su xətti çəkilmiş, paytaxtın fasiləsiz su təminatı 80 faizə çatmışdır. Həmçinin regionlarda modul tipli sutəmizləyici qurğular quraşdırılmış, əhalinin içməli su ilə təminatı yaxşılaşdırılmışdır. Bundan başqa, 2400 meqavat  istehsal gücü olan 26 elektrik stansiyası tikilmiş, ölkənin enerji təhlükəsizliyi tam təmin edilmişdir.

Əhalinin sosial rifahına xidmət edən əmək haqqı və pensiyaların artərəlması da diqqət mərkəzində saxlanıb. Ötən müddət ərzində maaşlar təxminən beş dəfə, pensiyalar yeddi dəfə artıb. 89 köçkün qəsəbəsi tikilib, 225 min insan yeni evlərə köçürülüb. Bununla yanaşı, müharibə iştirakçıları, şəhid ailələri, əlillər, hərbçilər, alimlər, KİV işçilərinin sosial təminatının yüksəldilməsi, mənzil-məişət problemlərinin həlli ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilmişdir. Bu isə o deməkdir ki, artıq ölkədə sosial infrastruktur yaradılıb. Hazırda da bu kimi çoxsaylı social layihələr davam etməkdədir. Çünki qarşımızda Azərbaycanı sosial dövlətə çevirmək istəti var. Artıq bu qənaətə gəlmək olar ki, ölkədə aparılan iqtisadi islahatlar nəticəsində sosial müdafiə siyasətini davam etdirmək mümkün olacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın inkişaf etmiş sosial dövlətə çevrilməsi vəzifəsi qarşıya qoyulub. Məhz dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrası məqsədilə həyata keçirilən çoxsaylı sosial layihələr və dövlət proqramlarının icrası təmin edilib. Sözgedən layihələrdə qarşıya qoyulan məqsədlərin hamısı demək olar ki, yerinə yetirilir. Bu gün Azərbaycanın abadlaşmayan və sosial simasını dəyişməyən bölgəsi yoxdur. Azərbaycan vətəndaşı  daim yeni tikinti, sosial, mədəni və digər obyektlərin təməlinin qoyulmasının və ya açılışının şahidi olur. Bütün sadalananlar deməyə əsas verir ki,  Azərbaycan dövləti  daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsi, sosial  problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31