Züleyxa Nadir yazır... Sağlığında hər cür münasibət olar, amma öləndən sonra şəklinə baxmaq olmaz...

XXI əsrdi. Azəbaycanlılar maksimum savadlı, gözüaçıq, dünyadakı yaxşını-pisi bir-birindən ayırmağı bacarmaq gücündədirlər. Gəl ki, din məsələlərində, İslami bigilərdə çox geridə qalıblar. Quran bilgiləri demək olar ki, sıfıra bərabərdi. Çox az adam, daha doğrusu barmaqla sayıla biləcək qədər insan Quran məntiqini anlayır və onun fəlsəfəsini qavrayır. Çoxluq mövhumata, xurafata yuvarlanıb. Onlar İslam dinindən bixəbər olanların yalan-yanlış, cəfəng söhbətlərini qəbul edir, Quran kitabını bir dəfə də olsun vərəqləmirlər. Bu da cəmiyyətdə dini məsəslərdə xaos yaranmasına səbəb olur. Xüsusilə də yas məclisləri gündən-günə özünün xoşagəlməz, qəbulolumaz elementləri ilə “zənginləşir”. Onlardan biri də mərhumun şəkli ilə bağlıdır.

Züleyxa Nadir

Sağlığında hər cür münasibət olar, amma öləndən sonra şəklinə baxmaq olmaz...

XXI əsrdi. Azəbaycanlılar maksimum savadlı, gözüaçıq, dünyadakı yaxşını-pisi bir-birindən ayırmağı bacarmaq gücündədirlər. Gəl ki, din məsələlərində, İslami bigilərdə çox geridə qalıblar. Quran bilgiləri demək olar ki, sıfıra bərabərdi. Çox az adam, daha doğrusu barmaqla sayıla biləcək qədər insan Quran məntiqini anlayır və onun fəlsəfəsini qavrayır. Çoxluq mövhumata, xurafata yuvarlanıb. Onlar İslam dinindən bixəbər olanların yalan-yanlış, cəfəng söhbətlərini qəbul edir, Quran kitabını bir dəfə də olsun vərəqləmirlər. Bu da cəmiyyətdə dini məsəslərdə xaos yaranmasına səbəb olur. Xüsusilə də yas məclisləri gündən-günə özünün xoşagəlməz, qəbulolumaz elementləri ilə "zənginləşir". Onlardan biri də mərhumun şəkli ilə bağlıdır.

Bir gün öncə bu barədə mətbuatda siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyevlə Qafqaz Müsəlmanları İdarəsininj nümayəndəsi arasında olan əks və oxşar fikirləri oxudum. Cümşüd Nuriyev deyir ki, yas məclisində divardan müsəlman qadınının şəkli asılmaz, əgər o, varsa deməli həmin qadın ermənidi. Məşədi Dadaş məscidinin imam-camaatı isə deyir ki, İslamda qadının şəklinin asılması yalnız kişi məclisində qadağandı. QMİ rəsmisi belə deyib: "Əgər dünyasını dəyişən qadının rəsmini kişilər oturan məclisdə asırlarsa, bu dini nöqteyi-nəzərdən doğru deyil. Amma qadın məclisində mərhumənin şəklini asmaq olar. Burda qəbahətli heç nə yoxdur.  Kişi məclisində isə bu yaxşı hal deyil". 

Politoioqun dediklərində məntiq axtarmağa dəyməz, məncə. Cümşüd müəllim göstərə bilərmi ki, harda yazılıb erməni qadının şəklini divardan asmaq olar, azərbaycanlı qadının olmaz? Din xadimin dediyi isə bir qədər ziddiyyətlidir. Eyni məntiqlə onda gərək kişinin də şəkli qadın məclisində olmasın.

Bu, zaman-zaman cahilcəsinə səslənən "İslam dinində foto çəkdirmək, rəsmlə məşğul olmaq qadağandı" fikirlərinə bənzəyir. Halbuki müqəddəs Kitabda belə bir şey yoxdu, balaca bir işarəyə də rast gəlmək mümkün deyil. QMİ-nin rəsmisi bilməlidir ki, Quranda qadağan edilməyən bir şeyi həyatda insanlardan tələb etmək olmaz. Kitabda insanlar üçün halal və haram nə varsa aydınlığı ilə, yaxud da ümumiləşdirilmiş formada yazılıb. Amma divardan şəkil asılmasının haram - halallığı ilə bağlı bir söz belə yoxdu. "Ey iman gətirənlər, o gözəl və təmiz şeyləri ki, halal buyurub sizə Allah. Həddinizi aşmayın. Həddini aşanları sevməz Allah" (Məidə surəsi, ayə 87).

Ona görə də fikir bildirəndə, xüsusilə də din xadimi nəyisə sübut etmək istəyirsə Qurana əsaslanmalıdı. İslamın mənbəyi Qurandı. Ondan kənarda deyilənlər yanlış da ola bilər. Ölmüş qadının rəsminin məclisin kişilər olan hissəsində asılmasında pis nə var? Məclisə yığışanlar təbii ki, həmin qadını tanıyırlar. Onlar mərhumun qohum-qonşularıdı, yaxınları, doğmalarıdı. Əgər sağlığında bu kişilər o qadınla danışıb, söhbət ediblərsə, öləndən sonra şəklinə baxmağın hansı günahı var?

Günah damarları ilə təmiz azərbaycanlı qanı axan qadına erməni demək, yaxud da məclisdə mərhumun dalınca xoşagəlməz sözlər danışmaqdı. Günah süfrəyə düzülən növbənöv yeməklərin israfçılığıdı. Günah məclisi idarə edən mollanın İslama, dinə, Qurana, Allaha aidiyyatı olmayan sözlər söyləməsidi.

Eyni məntiqlə Cümşüd müəllim, yaxud da QMİ görəvlisi deyə bilər ki, məzarlıqdakı qəbirlərin üstündə qadınların şəklinin olması da doğru deyil. Üstəlik də Quranda dəbdəbəli qəbirlərin, bahalı daşların lüzumsuzluğunu Allah Məidə surəsinin 31-ci ayəsində aydın şəkildə izah edir. Hərçənd ara-sıra bu fikir də səslənir, xüsusilə Bakıətrafı kəndlərin əhalisi başdaşında qadın şəklinin olmasını məqbul saymır. Amma bütün deyilənlərə, təpkilərə baxmayaraq qəbristanlıqlardakı başdaşlarından qadınlar "boylanırlar". Amma bu o demək deyil ki, insanlar istədiklərini edə bilərlər. Yaxşı ki, dövlət bu məsələnin tənzimlənməsini öhdəsinə götürüb, məzarlıqlar haqqında xüsusi qərar qəbul edib.

Müsəlmançılıq bu deyil. Müsəlmançılıq Allahin dediklərinə əməl etməkdi. Quranda yazılanlara tabe olmaqdı. Səcdə surəsinin 7-ci ayəsində deyilir :"O hər şeyi gözəl yaratdı". Bu o deməkdir ki, yaradılışın alisi olan insanlar gözəlliyi normal qiymətləndirməli, ondan sui-istifadə etməməlidi. Deyə bilərsiniz ki, sonuncu fikirlərimin mövzu ilə nə əlaqəsi? Əlaqəsi odur ki, Allahin yaratdığı fiziki qüsurli insanlar var, paralel olaraq həmin qüsurli insanları sevən, onlara kömək edən, qayğısına qalan, diqqətində saxlayanlar var. Həmin qüsurlu insnalara sağlığında qayğı göstərənlər öləndən sonra onun şəklinə baxmamalıdırlar? Bu, o deməkdir ki, gözəllik anlayışı təkcə zahiri görünüşlə ölçülmür. Gözəllik həm də o deməkdir ki, Yaradanın söylədiklərini, diqtə etdiklərini təhrif etməyəsən. Yaradan kişini də, qadını da bərabər sevməyi təlqin edir. Yaradan qadının sağlığında yad kişinin ondan uzaq durması, şəhvətli baxışlarla ona göz gəzdirməsinin qarşısını almaq üçün baş örtüyünü məsləhət gorür. Amma demir ki, istər başıbağlı, istərsə də açıq-saçıq geyinən qadınlarla sağlığında hər cür münasibət qurub oləndən sonra onun şəklinə baxmaq olmaz. Bu, nə elmi, nə də İslam məntiqinə uyğun gəlmir.

Azərbaycanda uzun illərin İslam ənənələri var. İnsanlar bu ənənələri bəzən gərəksiz yerdən orataya qoyur, bəzən də qadağalarla onun qarşısına sədd çəkirlər. Olmüş insanın şəklinin yas məclislərində asılması son illərin adətidi. Bu da müasirliklə, eləcə də elmi-texniki tərəqqiyə bağlı olan bir məsələdi, erməniliklə, azərbaycanlılıqla, yaxud da Quran qadağası ilə heç bir əlaqəsi yoxdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31