Lavrovun Qarabağ məsələsində yeritdiyi siyasətin adı nədir?

“Rusiya prezidenti Vladimir Putin bu gün öz açıqlamasında ABŞ-ın ölkəsinə qarşı sanksiya tətbiqinin və bir çox başqa addımlarının beynəlxaq normalara uyğun gəlmədiyini dedi. Və bütün bunları köntöylük adlandırdı”. “Olaylar” xəbər verir ki, bu fikri millət vəkili Sahib Alıyev  RF prezidenti Vladimir Putinin ABŞ-ı beynəlxalq hüquq normalarına pozmaqda ittiham etməsini şərh edərkən bildirib.

Sahib Alıyev: "Köntöylük sözü burada cılız qalmırmı?"

"Rusiya prezidenti Vladimir Putin bu gün öz açıqlamasında ABŞ-ın ölkəsinə qarşı sanksiya tətbiqinin və bir çox başqa addımlarının beynəlxaq normalara uyğun gəlmədiyini dedi. Və bütün bunları köntöylük adlandırdı". "Olaylar" xəbər verir ki, bu fikri millət vəkili Sahib Alıyev  RF prezidenti Vladimir Putinin ABŞ-ı beynəlxalq hüquq normalarına pozmaqda ittiham etməsini şərh edərkən bildirib. S.Alıyev Putinin fikirlərini şərh edərək deyib ki, "siz necə fikirləşirsiniz, beynəlxaq normaları pozmaqda suçlandırılanla suçlandıranın Minsk qrupunun həmsədrləri olaraq Azərbaycanın işğal altındakı torpaqlarına yanaşmaları necə, beynəlxalq normalara uyğundurmu? Və həmin Rusiyanın, başında Sergey Lavrovun durduğu Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağ məsələsində yeritdiyi siyasətin adı nədir? Köntöylük sözü burada cılız qalmırmı?" O, əlavə edib ki, əgər Amerikanın etdikləri düz deyilsə, onda bunun düz olmadığını deyən və onun əziyyətini çəkənlər niyə başqalarına yanaşmada da oxşar siyasət yeridirlər? "Həm də elə bir dövlətə qarşı ki özünün Amerikaya yanaşmada sərgilədiyi, yumşaq desək, dostluq çərçivəsindən çıxan davranışı onda görməyib və görmür. Cənab Putin hələlik səbrli davrandıqlarını dedi, biz də səbrliyik, buna strateji səbr deyirlər". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31