Çıxış yolu: "Belə valideynlərin uşaqları əlindən alınmalıdır!” – Diləndirilən uşaqların taleyi
Dayanacaqda, avtobuslarda, parklarda dilənən uşaqlar gün ərzində hər birimizin rastına çıxır. Dilənmək formaları fərqli olsa da, çoxunun məqsədi birdir. Valideyn məcburiyyəti ilə bu işlə məşğul olan, gələcəyimizin təminatçısı sayılan bu uşaqlar təhsillərini bir kənara atıb özlərini dilənçi kimi qələmə verirlər. Hansısa birinə yaxınlaşıb dilənməyinin səbəbini soruşduqda “valideynim göndərir” cavabı ilə üzləşməli oluruq. Zorlanma hallarının artdığı bir dönəmdə valideynlərin öz övladlarını, əsasən də, qız uşaqlarını dilənməyə vadar etmələri ağıla sığmayacaq bir təfəkkür və olduqca təhlükəli bir addımdır. Amma təəssüflər olsun ki, bu təhlükə davam etməkdədir.
28 İyul 2017 16:08 SosialDayanacaqda, avtobuslarda, parklarda dilənən uşaqlar gün ərzində hər birimizin rastına çıxır. Dilənmək formaları fərqli olsa da, çoxunun məqsədi birdir. Valideyn məcburiyyəti ilə bu işlə məşğul olan, gələcəyimizin təminatçısı sayılan bu uşaqlar təhsillərini bir kənara atıb özlərini dilənçi kimi qələmə verirlər. Hansısa birinə yaxınlaşıb dilənməyinin səbəbini soruşduqda "valideynim göndərir" cavabı ilə üzləşməli oluruq. Zorlanma hallarının artdığı bir dönəmdə valideynlərin öz övladlarını, əsasən də, qız uşaqlarını dilənməyə vadar etmələri ağıla sığmayacaq bir təfəkkür və olduqca təhlükəli bir addımdır. Amma təəssüflər olsun ki, bu təhlükə davam etməkdədir. Bunun səbəbləri və sözügedən problemdən çıxış yolu tapmaq üçün sosioloq Lalə Mehralıya müraciət etdik. Mövzu ilə bağlı Azadinform-un suallarına cavab verən sosioloq bildirdi ki, diləndirilən uşaqlar adətən "qaraçı" adlandırılan şəxslər olur: "Digərlərinə nadir halda rast gəlirəm. Rast gəldiklərim də adətən salfet, çay, tum satan uşaqlar olur. Bir neçə dəfə zibillik kənarlarından kağız qutu, plastik qab yığan uşaqlar da görmüşəm. Onları təbii ki, valideynləri məcbur edir. Bununla həm uşaq əməyini istismar edir, həm də uşağın məktəbdən yayınmasına şərait yaradır. Özü fiziki əməklə məşğul olmayan valideynlər asan yolla qazanc əldə etməyə bu yolla alışırlar".
L. Mehralı əlavə edib ki, bir neçə dəfə termosda çay satan uşağa rast gəlib: "Metro çıxışında, ağladığını görüb yaxınlaşmışam, deyib ki, atası xəstədir, ona görə pul qazanmaq üçün çay satır, qazandığı 7 manatını itirib. Ora yığılan adamlarla birlikdə aramızda o 7 manatı toplayıb vermişik ki, ağlamasın. Amma bir müddət sonra eyni şeyi başqalarına dediyinin şahidi olmuşam, dayanıb maraqlananda məlum oldu ki, uşaq fırıldaqçılıqla məşğuldur, hamıya 7 manat itirdiyini deyir. Bu uşaq ağlının uydurduğu yalan ola bilməzdi, ona o yalanı danışmağa valideyni məcbur edir".
"Bəzən də rast gəlirəm, valideyn uşağın qol-qıçını əyib əlil arabasında oturdur, əlil olduğunu deyib pul dilənir", - deyən sosioloq qeyd edib ki, buna ən çox 8-ci km bazarında rast gəlmək olar: "Oradakı satıcılar deyir ki, axşam o uşaq avtobusa özü minir, əlil deyil. Onu o vəziyyətdə oturmağa məcbur edən valideyn isə axşama kimi insanların mərhəmətindən sui-istifadə edir".
Çıxış yoluna gəldikdə isə L. Mehralının fikrincə, yetkinlik yaşına çatmayan uşaq valideynindən imtina edə bilməz: "Bunun ən yaxşı yolu belə valideynləri aşkarlayıb xəbərdarlıq etmək, əgər məhəl qoymasa, uşağın hamiliyindən azad etmək, uşağı dövlət himayəsinə vermək lazımdır".