Bill Qeyts yenə də dünyanın ən varlı adamı oldu
"Microsoft" şirkətinin qurucusu Bill Qeyts yenə də dünyanın ən varlı adamıdır. Nüfuzlu "Forbes" jurnalı və "Bloomberg" nəşriyyatının versiyasına görə bu il də Bill dünyanın ən varlı adamı seçilib.
28 İyul 2017 15:16 Dünya"Microsoft" şirkətinin qurucusu Bill Qeyts yenə də dünyanın ən varlı adamıdır. Nüfuzlu "Forbes" jurnalı və "Bloomberg" nəşriyyatının versiyasına görə bu il də Bill dünyanın ən varlı adamı seçilib. "Amazon" şirkətinin rəhbəri Ceff Bezos bir sutkalıq dünyanın ən varlı adamı olmuşdu. Amma şirkətin səhmləri dəyər itirdiyi üçün Bezos birinciliyi Qeytsə təhvil vermək məcburiyətində qalıb. Bezosun sərvəti 89.8 milyard dollara düşüb. Sərvəti 90.7 milyard dollar olan Bill Qeyts liderliyi özünə qaytarıb. Ölkə.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31