Burak həyat yoldaşı və iki uşağına "Çin işgəncəsi" verdi

Çinin "Beijing Guoan" klubunda ilinə 32 milyon TL qazanan Burak Yılmaz həyat yoldaşı və uşaqlarının qaldığı evin aylıq 16 min TL kirayəsini ödəməyincə mənzil sahibi onları evdən çıxarmaq haqda qərar verib. Burakın xanımı uşaqlarıyla yaşadığı villanı 7 gün ərzində boşaltmaq məcburiyyətindədir.

Çinin "Beijing Guoan" klubunda ilinə 32 milyon TL qazanan Burak Yılmaz həyat yoldaşı və uşaqlarının qaldığı evin aylıq 16 min TL kirayəsini ödəməyincə mənzil sahibi onları evdən çıxarmaq haqda qərar verib. Burakın xanımı uşaqlarıyla yaşadığı villanı 7 gün ərzində boşaltmaq məcburiyyətindədir. Məşhur futbolçu məhkəmə qərarına baxmayaraq, həyat yoldaşı və qızlarının qaldığı İstanbulun Florya ərazisindəki villanın aylıq 4 min 500 dollar (16 min TL) olan kirayəsini ödəməyib.  Ən çox qazanan türk futbolçu Burak Yılmaz beləcə boşanmaq mərhələsində olduğu həyat yoldaşı İstəm Yılmaz və iki azyaşlı uşağını çətin vəziyyətdə qoyub.

Qeyd edək ki, İstəm Yılmaz, 2 illik həyat yoldaşı Burak Yılmaza "Zorakılığa məruz qaldım", - deyərək keçən il boşanma iddiası qaldırmışdı. Milli.az Milliyet-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31