Nümunəvi qəbir sənədləri hazırlanır
Azərbaycanda nümunəvi qəbiristanlıqlar, qəbirlərin hündürlüyü, yazıları barədə yeni sənəd hazırlanır. Bu barədə məlumatı millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa verib.
28 İyul 2017 15:08 SosialAzərbaycanda nümunəvi qəbiristanlıqlar, qəbirlərin hündürlüyü, yazıları barədə yeni sənəd hazırlanır. Bu barədə məlumatı millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa verib. Deputat bildirib ki, qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir. Sənəddə göstərilib ki, qəbiristanlıqlar, məzar yerləri, başdaşları hər yerdə eyni cür və eyni qiymətə olmalıdır: "Yeni qanun layihəsində qəbiristanlıqlarla bağlı standartlar müəyyən olunacaq. Qəbirlərin ölçüləri, cığırlar, yollar, yazılar və s. sənəddə öz əksini tapacaq. Həmçinin yeni qanun layihəsində şəhid məzarları ilə bağlı bəndlər də öz əksini tapacaq. Sənəddə nümunəvi qəbiristanlıqların idarə olunmasına, onların qorunmasına, təmiz saxlanılmasına diqqət ayrılıb". Fazil Mustafanın dediyinə görə, nümunəvi qəbiristanlıqlar bütün respublikanı əhatə edəcək.