Siqaret çəkən xanımlar gələcək üçün hansı təhlükə yaradır?

Müstəqillik dövründən sonra Azərbaycanın Avropaya, Qərbə açılması, qoca qitənin mədəniyyətinin mənimsənilməsi özü ilə cəmiyyətimizə bir çox problemlər də gətirdi. Düzdür, Qərbə, Avopaya açılım, gediş-gəlişin intensivləşməsi talnız problemlərlə yadda qalmadı. Qərbin, inkişaf etmiş Avropa  ölkələrinin təcrübəsi öyrənildi, texnologiya inkişaf etdi. Gənclərimiz dövlətin xətti ilə xarici ölkələrə gedərək orada ali təhsil aldılar və vətənə bacarıqlı. Potensial kadr kimi geri döndülər. Ancaq qeyd etdiyimiz kimi Qərbin, Avropanın mənfi xüsusiyyətləri, milli mentalitetimizə zidd davranışlar da bizlərdən yan keçmədi.

Belə qadınlar öz övladlarının bir nömrəli düşməni sayılır

Müstəqillik dövründən sonra Azərbaycanın Avropaya, Qərbə açılması, qoca qitənin mədəniyyətinin mənimsənilməsi özü ilə cəmiyyətimizə bir çox problemlər də gətirdi. Düzdür, Qərbə, Avopaya açılım, gediş-gəlişin intensivləşməsi talnız problemlərlə yadda qalmadı. Qərbin, inkişaf etmiş Avropa  ölkələrinin təcrübəsi öyrənildi, texnologiya inkişaf etdi. Gənclərimiz dövlətin xətti ilə xarici ölkələrə gedərək orada ali təhsil aldılar və vətənə bacarıqlı. Potensial kadr kimi geri döndülər. Ancaq qeyd etdiyimiz kimi Qərbin, Avropanın mənfi xüsusiyyətləri, milli mentalitetimizə zidd davranışlar da bizlərdən yan keçmədi. Bəziləri Qərbin, Avropanın müsbət cəhətlərini mənimsədiyi, götürdüyü halda, bir başqası daha çox mənfiliklərə üstünlük verdi, onları mənimsədi. Belə mənfi hallardan biri də xanımların siqaretə meyilliliyi oldu. Əgər ilk illər nadir hallarda xanımların siqaret çəkməsinə rast gəlirik və bunu ictimai qınağa çevrirdiksə, bu gün xanımların siqaret çəkməsi adi hala çevrilib. Hətta belə demək mümkünsə, hər 100 xanımdan 10-u siqaret çəkir. Ümumilikdə, siqaretin insan orqanizminə zərərini bilirik və onun öldürücə təsirə malik olduğu hər kəsə bəllidir. Əgər kişilər siqaret çəkməklə öz orqanizmlərinə zərər vururlarsa, lakin onlara nisbətən xanımlar, təkcə özləri deyil, eləcə də gələcək həyatları, dünyaya gəiəcəkləri uşaqlar üçün də təhlükə mənbəyi hesab edilirlər. Xüsusilə hamilə xanımların siqaret çəkməsi daha mənfi hal hesab olunur. Psixoloqlar hesab edirlər ki, hamilə qadınlar siqaret çəkməklə ilk növbədə dünyaya gətirəcəkləri övladlarına zərbə vurmuş olur, onları zəhərləyirlər. Psixoloq Vəzifə Abbaslı deyir ki, siqaret tüstüsündə olan nikotin zift karbon monoksit və digər zəhərli maddələr üst tənəffüs yollarına, ağciyərlərə, bronxlara və qana keçir. Qana keçdikdən sonra bədəndəki bütün orqanlara yayılaraq, tənəffüs sistemində, ürək və damarlarda və digər sistemlərdə zərər verici təsirlərə malik olur: "Aparılan  araşdırmalar siqaret istifadə edilməsinin hamiləlik dövründə düşmə hallarının olmasına  səbəb olduğu göstərilib.. Siqaret çəkən ana dünyaya gəlməkdə olan övladlarını ciddi şəkildə riskə almaqdadırlar. Hamiləlik dövründə ananın siqaret çəkməsi qəbuledilməz bir haldır. Belə analar hamiləlik müddətində siqaret istifadə edərkən uşaqlarının düşük doğum ağrılarıyla doğulmasına səbəb ola bilirlər. Bu uşaqlarda beşik ölümü, ani ölüm daha sıx görünməkdədir. Hamiləlikdə siqaretdən istifadə olunması əsasən erkən doğum riskini artırır, uşağın ana qarnında daha az çəkili olmasına səbəb olur, ana südünün tərkibində C vitamininin  miqdarını azaldır, uşaqda xüsusi xəstəliklərin yaranmasına səbəb olur". Psixoloq onu da deyib ki, siqaret istifadə edən anaların uşaqlarının ağciyərləri daha az inkişaf edir, uşaqlarda ağciyər xəstəliklərinin yaranmasına səbəb olur: "Eyni zamanda uşaqların beyin funksiyalarına da təsir göstərir, sonradan bu uşaqlarda öyrənmə çətinliyinin yaranmasına, zəkasının çox az inkişaf etməsinə, davranış pozulmalarının yaranmasına səbəb olur. Yəni hamiləlikdə siqaret çəkən analar öz uşaqlarına ömrü boyu zərər vurmaqdadırlar. Aparılan araşdırmalarla çəkilən siqaret sayı ilə risk faktoru arasında doğru bir münasibət olduğu aşkar olunub. Siqaret sayının artması ilə yaşanacaq problemlərdə artmaqdadır. Ancaq siqaret sayının azaldılması da, riskin olmayacağı mənasına gəlmir. Ana olmaq istəyən qadınların etməsi lazım olan hamilə qalmaq qərarına gəldikdə siqareti tamamilə buraxmalarıdır. Mümkün olduqda siqareti hamilə qalmaq qərarına gəldikdən ən azı 3 ay əvvəldən buraxmalıdırlar. Siqaret çəkmək kimi alışqanlığı olan cütlərin onsuz da hamilə qalmaq imkanları daha azdır. Araşdırmalarda müəyyən olunub ki, siqaret hamilə qalma ehtimalını 40 faiz azaldır". Ekspert onu da diqqətə çatdırıb ki, siqaretin kişi sonsuzluğuna da səbəb olması müəyyən edilən faktorlardan biridir: "Bəzən siqaretin uşaq üçün zərərlərinin olmasının bilinməsinə rəğmən, siqaretdən istifadə etmənin buraxılması çox çətin ola bilər. Bu zaman ananın dəstək alması əsas məsələlərdən biridir. Lazım olarsa həkimindən , lazım olduqda yoldaşından, ailəsindən, öz valideynlərindən dəstək alması əsas məsələlərdəndir".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31